İran bizdə pərdəarxası hansısa plan hazırlayırmı?- Ekspert

Xəbərin çap versiyası
Tarix: 12-07-2018, 19:49    |    Xəbər oxunub: 1 464 dəfə
İran bizdə pərdəarxası hansısa plan hazırlayırmı?-


İranın Qərb ölkələrindəki bir sıra diplomatının terrorçulara dəstək veriklərinə dair şübhələr var. Avropa ölkələrində bununla əlaqədar olaraq həbslər həyata keçirilib. Əgər həmin diplomatların fəaliyyəti ilə bağlı ciddi şübhələr olmasaydı, Avropa ölkələrində müxtəlif həbslər həyata keçirilməzdi. Çünki ABŞ-dan fərqli olaraq Avropa ölkələrinin İranla münasibətlərinin gərginləşdirməkdə maraqları yoxdur. Demək nəsə var ki, İranın müxtəfli ölkələrdəki diplomatları diqqət mərkəzinə keçib. Görünür, Tehran bir qrup diplomatın nəsə xüsusi təlimat verib. Bu da İranın düşdüyü ağır vəziyyətlə bağlıdır. İrandakı mühafizəkar dairələr Qərbə problemlər yaratmaq istəyirlər.



Beynəlxalq aləm ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasəti diqqətlə izləyir. Onun atacağı addımlar, müxtəlif hadisələrə verdiyi qiymət və dövlət başcılarıyla görüşləri zamanı söylədikləri bəyanatlar maraq doğurur. Çünki Trampın qərarları bir çox prosesə təsir edir. Trampın İrana olan münasibətiləri bəllidir və Vaşinqton bacardığı qədər İranı sanksiyalarla boğmağa calışır, İran rejiminin dəyişdirilməsinə cağırışlar edir, İranın neft ixracını əngəlləməyə calışır. ABŞ başqa dövlətlərdən də İrana qarşı sərt davranmasını istəyir. İran artıq iqtisadi baxımdan cox cətin vəziyyətə düşüb və bundan sora atacağı addimlarda düsünməyə vadar edir. İran daxilində ziddiyyətləri dolu olan bir ölkədi. Bu ölkədə müxtəlif güç mərkəzləri var və onlarda siyasətdə öz maraqları cərcivısində daxili və xarici siyasətə tasir edə bilirlər və bu da bir ziddiyyətlərə gətirib cixarır.

İranla Azərbaycan münasibətləri cox şahəlidir, siyasi və iqtisadi əlaqələr mövcuddur. Buna baxmayaraq, İranda bəzi mərkəzlər Azərbaycana dost kimi yanaşmırlar. İranda fəaliyyət göstərən bəzi dairələrin mütəmadi olaraq Azərbaycana qarşı calışdıqlarını müşahidə edirik. Ölkəmizdə baş verən bəzi hadisələrin İranda yerləşən bəzi qüvvələr tərəfindən məqəsdyönlü şəkildə qəsdən alovlandırıldığını, insanlar arasında belə təşviş hissələri yaradılmağa çalışıldığnı, bunun hətta Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı yönəldilmək istənildiyini belə müşaidə etmək mümükün olur. İranın Azərbaycana qarşı Ermənistanı dəstəkləməsi olkəmizə qarşı olan ən böyük haqsızlıqdır. Halbuki Azərbaycan bütün təzyiqlərə sinə gərərək İrana qarşı heç bir zaman hec bir fəaliyyətdə iştirak etməyib, nə də öz ərazisindən bu dövlətə qarşı hər hansı tədbirlər keçirilməsinə imkan verməyib. Əksinə, Azərbaycan hər zaman bəyan edib ki, İran bizim qonşu dövlətdir və biz ona qarşı heç bir fəaliyyətə icazə verməyəcəyik. Dediyi sözə də hər zaman sadiq qalaraq hətta bütün beynəlxalq təzyiqlərə baxmayaraq sanksiyalarla hədələnən İrana yardım əlini uzadıb.

Bütün bunlara baxmayaraq İran bunları nəinki qiymətləndirmir əksinə İrandakı mühafizəkar qüvvələr Azərbaycanda fəal kəşfiyyat-pozuculuq işi aparır, radikal şiəyönümlü dini qruplara himayədarlıq edir, üstəlik virtual təxribat-pozuculuq, dezinformasiya fəaliyyəti apararaq əhali arasında çaşqınlıq yaratmağa çalışır. Sonuncu baş verən hadisələr belə yəni Nardaranda məlum olaylar baş verərkən, indi də Gəncədə qarışıqlıq yaranan kimi yenə İran yada düşür. Əlbəttə ki, İranın Azərbaycana göstərdiyi munasibətdə şübhələnməyə əsaslar az deyil, bu ölkəmizə qaşı yönələn bir oyundu. Amma bunların heç bir nəticəsi olmayıb və olmayacaq və bizdə bu oyundan hər zaman ki kimi alni aciq cıxmağı bacararacağımıza əminəm. Çünki Azərbaycan həyata keçirdiyi böyük qlobal layihələrlə artıq daha da böyük gücə malik olur və sözünü deyə biləcək ölkələr arasına daxil olur.

Ramiyə Məmmədova, politoloq, Qərb-Kaspi Universitetinin dekanı




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur