Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşdə-

Xəbərin çap versiyası
Tarix: 20-07-2018, 13:30    |    Xəbər oxunub: 544 dəfə
Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşdə-


İyulun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edib.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın artıq 5-ci toplantısının ölkəmizdə baş tutduğunu qeyd edib.

Azərbaycanın MDB-nin fəal üzvlərindən biri olduğunu deyən Mehriban Əliyeva əsas vəzifənin müxtəlif sahələrdə - ictimai-siyasi, iqtisadi, humanitar və təhlükəsizliyin təmin edilməsi sahələrində hərtərəfli əməkdaşlığı, kooperasiyanı inkişaf etdirmək olduğunu vurğulayıb. Bildirib ki, MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir. “Sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir”, - deyən Birinci vitse-prezident ölkəmizdə Şuranın işinə böyük əhəmiyyət verildiyini vurğulayıb, Azərbaycanın regionun təhlükəsizliyinin təmin olunmasına töhfə verdiyini diqqətə çatdırıb. Ölkəmizdə cinayətkarlığın səviyyəsinin aşağı olduğunu, baş vermiş cinayətlərin çoxunun açıldığını, ağır və xüsusilə ağır cinayətlərin sayının 30 faiz azaldığını müsbət hal kimi xarakterizə edən Mehriban Əliyeva Şuranın fəaliyyətinin gələcəkdə bu meyillərin möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının operativ informasiya mübadiləsi, risklərin minimuma endirilməsi, mütəşəkkil cinayətkarlıqla, narkotrafik, terrorizm, ekstremizmlə birgə mübarizə üçün çox gözəl platforma olduğunu deyən Birinci vitse-prezident Mehriban Əliyeva qloballaşmanın doğurduğu yeni təhdidlər və çağırışlarla səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın zəruriliyini vurğulayıb.

Birinci vitse-prezident İnterpolun baş katibi Yurgen Ştoku salamlayaraq onu bu mühüm vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Ümidvar olduğunu bildirib ki, İnterpol gələcəkdə də bu regionda təhlükəsizliyin təmin olunmasını dəstəkləyəcək.

Azərbaycanın Birinci vitse-prezidenti deyib: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdən narkotiklərin becərilməsi və sonradan trafiki üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik”.

Birinci vitse-prezident Mehriban Əliyeva bir daha Azərbaycanın MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının işini yüksək qiymətləndirdiyini deyib və Şuranın işinə uğurlar arzulayıb.

Rusiyanın daxili işlər naziri, MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının sədri Vladimir Koltsov Şuranın budəfəki iclasında bir çox vacib məsələlərin müzakirə olunacağını və mühüm qərarların qəbul ediləcəyini bildirib. Vladimir Koltsov birgə səylərin əhəmiyyətini vurğulayaraq qəbul edilən qərarların vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəldiyini diqqətə çatdırıb.

* * *13:08

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyulun 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurası iclasının iştirakçıları ilə görüşüb.

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşdə-

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə görüşdə-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Mətanət İsgəndərlinin efirdə nümayiş etdirdiyi üçmərtəbəli villa kimindir?-

Mətanət İsgəndərlinin efirdə nümayiş etdirdiyi üçmərtəbəli villa kimindir?-

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının prezidenti və Macar Turan Vəqfinin rəhbəri ilə Qarabağdan danışıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Müdafiə Nazirliyi cəbhə xəttində son vəziyyət barədə

Hərbi Hava Qüvvələri hərəkətə keçdi-

Hərbi Hava Qüvvələri hərəkətə keçdi- VİDEO

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

Şəhid qızını vurub öldürən biznesmen oğlu həbsxanadan çıxdı

"Bakmil" stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı açıqlama

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

DİN, Baş Prokurorluq və DTX Elmar Vəliyevin güllələnməsi ilə bağlı məlumat yaydı

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir-

Bənövşəyi xəttin üçüncü stansiyasında tikinti işləri davam edir- VİDEO+FOTO

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

“Nar” bölgələrdəki LTE şəbəkəsini genişləndirir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur