Ekspert: "ABŞ-ın hazırdakı hədəfi Türkiyədir"


Ekspert:


ABŞ və prezidenti Donald Trampın müttəfiq adlandırdığı dövlətlərlə yaratdıgı gərginliklər səngimək bilmir. Bu gərginliyiklərin hazırdakı hədəfi Turkiyədir.



Belə ki, amerikalı yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir. Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən birinə cevrildi. ABŞ rəhbərliyi və prezident D.Tramp və eləcə də vitse-prezident M.Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəsələr də Ankara buna cavab olaraq onun nəinki sərbəst buraxılmasının mümükünsüzlüyünü bəyan etmiş, hətta verilən məhkəmə qərarıyla ev həbsinə məhkum etmişlər. Ankaranın verdiyi bu cür cavab ABŞ rəhbərliyini qane etmədi və Ankaraya qarşı siyasi oyunları başlatmaq qərarına gəldi. Onsuz da Türkiyə ilə “F-35” hərbi təyyarələrin satışının dayandırılmasından sonra səngiməyən gərginliyin üstünə bir də rahib məsələsi gələrək NATO müttəfiqləri ABŞ və Türkiyə bir-birinə girdi. Əlbətdə ki, Türkiyə ABŞ problemi artıq ABŞ-n Suriyada olan kürdlərə verdiyi dəstək nəticəsində başlamışdır və rahib məsələsi də ABŞ ücün yeni bir kozıra çevrildi. Artıq ABŞ Türkiyəyə qarşı sanksiyaların tətbiq edildiyini və Ağ Evdən gələn açıqlamaya əsasən iki Ədliyyə və DİN nazirlərinin ABŞ-dakı bütün aktivlərinə və bütün ticari əlaqələrinə sanksiyaların qoyulduğu elan edildi. Ankara ABŞ-ın bu cür hərəkətlərlə Türkiyənin daxili işlərinə qarışdığını və bunun heç kimə bir faydası olmayacağını bildirdi. Türkiyənin Xarici İşlər Naziri Mevlut Çavuşoğlu twitter üzərindən “ABŞ-ın iki nazirimizə qoyduğu sanksiyalar qarşılıqsız qalmayacaq. ABŞ-ın qanunsuz hərəkəti bu problemləri həll etməcək”, deyə bildirdi.

Bu arada ABŞ Konqresi tərəfindən Türkiyəyə “F-35” təyyarələrinin satışının tam dayandırılması barədə də qərar qəbul edilərək sənədlərin Trampın imzasına göndərildi. İran və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Türkiyə də bu siyahıya daxil oldu. Bu da yaranan gərginliyin ABŞ və Tramp tərəfindən bilərəkdən yaradıldığını, dünya siyasətində və Yaxın Şərqdə öz laxlamış gücünün əvvəlki kimi olmamasına bariz nümünə kimi dəyərləndirmək olar. Bir də ki ABŞ-ın hədəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın bu dərəcədə sarbəstliyi, ABŞ-la müttəfiq olmasına baxmayaraq, Rusiya ilə hərbi-siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməsi, həmçinin İranla iqtisadi əlaqələri qoruyub saxlaması Ağ Evi narahat edir. Tətbiq edilən sanksiyaların hər biri bu dövlətlərin dünyada ikinci və ABŞ-a bərabər olan Rusiyaya yaxınlaşmaları artıq göz qabağındadır və bu da ABŞ-ın Yaxın Şərqdə olan siyasətinin və onu himayə edən havadarlarının bu bölgədə malik olmaq istədikləri gücü azaldır həm də bu dövlətlərdə dəyişmək istədikləri rejimləri mümkünsüzləşdirir.

Ekspert:

Ramiyə Məmmədova, politoloq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu