Zaur Əliyev: "Ya Minsk qrupunun fəaliyyəti dayandırılsın, ya da Türkiyə və Almaniya həmsədrliyə gətirilsin"


Zaur Əliyev:


Ermənistanın Azərbaycana qarşı başladığı müharibədə Qarabağ kimi bir ərazimizin itiirlməsini gördük. Bu gün bizim bütün tələblərimizə baxmayaraq müharibənin aparılması üçün böyük qüvvələrin Ermənistana verdiyi dəstəyə görə məğlubedici atəşkəs davam etməkdədir. Böyük dövlətlər də öz mövqelərində inad göstərərək ATƏT-in Minsk qrupunun fəaliyyətinə "güvənməyimizi" tələb edirlər.



Bu il 25 illik işğal tarixi tamam olur və Rusiya, Fransa və Amerikanın həmsədr olduğu Minsk qrupunun fəaliyyətsizliyi göz önündədir. Bizim taleyimizi üç dövlət həll edə bilmirsə ya Minsk qrupunun fəaliyyəti dayandırılsın, ya da formulu dəyişərək 3-dən 5-ə qaldırılsın. Türkiyə və Almaniya həmsədrliyə gətirilsin. Niyə məhz Almaniya sualınıza cavab verim ki, bu gün beynəlxalq siyasətdə Rusiya, Fransa və Amerikadan fərqli olaraq vasitəçilik missiyasının tələblərinə Almaniya daha çox riayət edir. İllərdi açıq və gizli olaraq müharibənin sülhlə nəticələnməsini əngəlləyən Rusiya, Fransa və Amerikanın gördükləri işin nəticəsi bəllidir. İşğal 25 ildir davam edir. Mən qarabağlı məcburi köçkün və elm adamı kimi tələb edirəm, ATƏT-in Minsk qrupunun fəaliyyəti ya dayadırılsın ya tərkibi 3-dən 5-ə qaldırılsın. Türkiyə və Almaniya həmsədrliyə dəvət edilsin!!!

Zaur ƏLİYEV, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu