Azərbaycan Avropa İttifaqı ilə “böyük saziş” imzalayacaq


Azərbaycan Avropa İttifaqı ilə “böyük saziş” imzalayacaq


Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dialoq bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzun illərdir ki, davam edir. Bu günlərdə Brüsseldə Aİ rəsmiləri ilə keçirilən görüşlər bu cür yanaşmanın doğruluğu və düzgün əsaslı olduğunu göstərdi.

AzVision.az bildirir ki, bunu “RİA Novosti”yə verdiyi müsahibədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan ilə Aİ arasında yeni sazişə dair proses necə gedir? Bu saziş 2018-ci ildə imzalanacaqmı?” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, proses düzgün istiqamətdə inkişaf edir və bu, iki bərabərhüquqlu tərəfdaş – Azərbaycan və Aİ arasında “böyük sazişin” imzalanmasına gətirib çıxaracaq.

Müxbirin Azərbaycanla Aİ arasında vizasız rejimin mümkünlüyü barədə suala gəlincə, nazir vurğulayıb ki, artıq Azərbaycan və Aİ arasında viza verilməsinin sadələşdirilmiş mexanizmi mövcuddur. “Bu sahədə qarşılıqlı əməkdaşlıq uğurla inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyəyə çatacaq.” – deyə, Məmmədyarov bildirib.

“Azərbaycan bundan sonra da balanslaşdırılmış xarici siyasət yürüdəcək, yoxsa hansısa konkret siyasi, iqtisadi blokun xeyrinə seçim edəcək?” sualına isə E.Məmmədyarovun cavabı belə olub: “Azərbaycanın xarici siyasət kursu “ya-və ya” prinsipi üzərində qurulmayıb. Bizim xarici siyasət kursumuz balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və xalqımızın, ümumilikdə isə regionun rifahına xidmət edəcək.”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu