Putin: "İslamın əsl dəyərləri insanları birləşdirməyə yardım edir"


Putin:


Rusiya prezidenti Vladimir Putin rusiyalı müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“İslamın əsl dəyərləri Rusiya müsəlman icmasının mənəvi həyatının əsasını təşkil edir, insanları birləşdirməyə, yaxşı qonşuluq ənənələrinə riayət etməyə yardım edir”.

Putin Qurban bayramının xeyirxahlığa, ədalətə, mərhəmətə, ətrafdakılara qarşı diqqətli və ürəkli olmağa çağırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu