Jeroen Vilyams: "Mən Azərbaycanı tərk edirəm, amma ürəyim burda qalacaq"


Jeroen Vilyams:


Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə şöbəsinin müdiri Jeroen Vilyams Azərbaycanda diplomatik missiyasını başa vurub. Son dörd il ərzində o iqtisadi idarəetmə ilə bağlı məsələlər üzərində işləyib və ölkə üçün böyük əhəmiyyət kəsb edən bir sıra layihələrin təşəbbüskarı olmuşdur. 2017-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Yeroen Vilyems Azərbaycanın müharibədən əziyyət çəkən bölgələrini ziyarət edib. Səfərin məqsədi Azərbaycanın Tərtər və Bərdə bölgələrinin geniş sosial-iqtisadi inkişafı ilə tanış olmaq idi.



Jeroen Vilyams getməzdən əvvəl Eurasia Diary ilə Aİ ilə Azərbaycan arasındakı mövcud münasibətlərin, həmçinin Azərbaycanla bağlı gələcək planlarını bölüşüb.

"Hesab edirəm ki, hazırda Aİ ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İndi yeni hərtərəfli saziş üçün uyğun bir zamandır. 1996-cı ildən etibarən tərəfdaşlıq və əməkdaşlıq haqqında köhnə saziş qüvvədədir və əlbəttə ki, həm Aİ, həm də Azərbaycan son 22 ildə dəyişmiş və inkişaf etmişdir.

İnsanlar AB ilə Azərbaycan arasındakı əlaqələrdən danışdıqda, onlar bunun əsasən enerji sahəsində əməkdaşlıq olduğunu düşünürlər. Doğrudur, Azərbaycanla strateji enerji tərəfdaşlığımız var; ancaq Aİ üçün Azərbaycan enerji tərəfdaşından daha çox əhəmiyyət kəsb edir. Aİ həm neft, həm də qeyri-neft sektorunda mühüm ticarət tərəfdaşı və investorudur. Bizim çox güclü mədəni əlaqələrimiz var; Bundan əlavə, təhlükəsizlik və əməkdaşlıq kimi məsələlərdə çox müzakirələr və mübadilələrimiz mövcuddur, çünki Azərbaycan Aİ təcrübəsini ölkəyə gətirən Tvinninq layihələrinin aparıcı nümunəsidir. Azərbaycanın TAIEX layihələrində lider ölkə olması barədə isə məlumat azdır. 2018-2020-ci illərdə əməkdaşlığa dair yeni strateji istiqamətləri müəyyən edən yeni bir tərəfdaşlıq prioritetlərinin imzalanması və daha sonra prezident İlham Əliyevin səfərində olduğu kimi, Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli görüşlər keçirilmişdir. Əminəm ki, bu çox etibarlı bir əlaqədir", - Jeroen Vilyams deyib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin işlərindən danışan Jeroen Vilyams AB-nin hökumət və vətəndaş cəmiyyəti üçün ən böyük qrant təchizatçısı olduğunu qeyd edir.

"Mən indicə Twinings və TAIEX layihələrini xatırlatdım və hesab edirəm ki, bu Aİ və Azərbaycan arasında olan əlaqələri çox yaxşı təsvir edir. Azərbaycan bu imkandan Avropa standartlarının real həyatda necə göründüyünü və Bakıda necə tətbiq edilə biləcəyini öyrənmək üçün Aİ-yə üzv olan dövlətlərdən dövlət qulluqçularını cəlb etmək üçün faydalana bilər.

2014-cü ildə mən gələndə bizim vətəndaş cəmiyyətilə bağlı layihələrdən ibarət portfelimiz var idi, lakin biz layihələrin sayının azaldığını, köhnə layihələrin yavaş-yavaş başa çatdığını və yenilərin olmadığını gördük. Yeni qanunvericilik bazası vətəndaş cəmiyyəti ilə iş də daxil olmaqla işi çətinləşdirdi. 2016-cı ilin sonundan etibarən hər şey daha yaxşıya doğru dəyişdi.

Əgər bu gün layihələr portfelinə baxsaq, onların sayının arzuolunan qədər olmadığını görərik, ancaq Aİ tərəfindən vətəndaş cəmiyyətinə dəstək vermək və təhsil, regional və kənd təsərrüfatının inkişafı kimi mühüm sahələri inkişaf etdirmək məqsədilə maliyyələşdirilən yeni layihələr var. Ümid edirəm ki, bu layihələr bizi vətəndaş cəmiyyətinin öz rolunu oynayacağına inandırmağa imkan verəcək. Layihələr əhalinin müəyyən təbəqələrinə, müdafiəyə daha çox ehtiyac duyan qruplara kömək etməlidir. Mən doğrudan da ümid edirəm ki, bu layihələrin nəticələri portfelimizin daha da genişlənməsinə səbəb ola bilər ", - Jeroen Vilyams bildirib.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, Azərbaycan Aİ ilə əməkdaşlıqdan, bəlkə də maliyyə baxımından çox texniki baxımdan faydalanıb və Aİ-nin təklif edə biləcəyi çox şey var.

"Azərbaycana gəldiyim zaman, əlbəttə ki, mənim ilk təəssüratım WOW nidası oldu, nə gözəl ölkədir, nə gözəl bir şəhərdir, nə üçün Avropa Birliyi heyəti olaraq bu ölkəyə yardım göstərməyə davam edirik. Bu, neft ehtiyatları baxımından və bir çox başqa cəhətdən zəngin bir ölkədir. Və biz hələ də onun inkişafında müəyyən rol oynamalıyıq? Qeyd edim ki, dörd il sonra mənim cavabım BƏLİ-dir, çünki burada AB-nin təcrübəsini və standartlarını qəbul etməyə ehtiyac var. Eyni şey vətəndaş cəmiyyətindən daha çox inkişafa dair ideyaları cəlb etmək üçün mədəni və təhsil mübadiləsinə aiddir. Bura müsbət rol oynamalı olduğumuz bütün sahələr aiddir" deyə o əlavə etdi.

Jeroen Vilyams Azərbaycandakı missiyası zamanı başladılan layihələrdən danışarkən, Aİ-Azərbaycan Biznes Forumunun yaradılmasını qeyd etdi.

"Bu Azərbaycan və Avropa hökumətlərindən, iş adamlarından, artıq Azərbaycanda işləyənlər və burada işləməyin nə demək olduğunu daha yaxşı başa düşmək istəyənləri birləşdirir. İnanıram ki, gözəl işlər görülmüşdür və mən bunu edə bildiyimizə görə çox şadam".

Diplomatik missiya sona çatır, lakin Jeroen Vilyams Azərbaycanda işini davam etdirməyi planlaşdırır.

"Mən Azərbaycanı tərk edirəm, amma ürəyim həmişə bu ölkədə olacaq. Mən sentyabrın əvvəlində Brüsseldə yeni bir işə başlayıram, amma bu gözəl ölkə, eləcə də, bir sıra digər Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq etməyə davam edəcəyəm, ikitərəfli dəstək və regional proqramları inkişaf etdirməklə məşğul olacam. Mən bu ölkəyə yenidən gəlib onun necə dəyişdiyini görməyi və hər şeyə başqa tərəfdən baxmağı gözləyirəm. Ümid edirəm ki, burada yaşayan gözəl insanlarla yenidən görüşəcəyəm.

Azərbaycanın xalqına, ilk növbədə, sizin ölkənizdə özümü çox yaxşı hiss etdiyim üçün çox təşəkkür edirəm. Burada nə qədər qalmağımdan asılı olmayaraq, ümid edirəm ki, bu ölkə bir gün Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın tam inkişafına mane olan əsas problemini həll edə biləcək. Və bu vəziyyət hər kəsin qazanacağı şəkildə həll olunmalıdır ", - Jeroen Vilyams sonda deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu