Növbədənkənar parlament seçkiləri dekabrda keçiriləcək


Növbədənkənar parlament seçkiləri dekabrda keçiriləcək


Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qəti qərar verilib.

Bu barədə AFN-ə məlumat verən mötəbər mənbənin sözlərinə görə, növbədənkənar seçkilər haqda rəsmi qərar sentyabdın 20-dən sonra imzalanacaq: “Seçkilər dekabrda keçiriləcək. Artıq DSK-lara hazırlıqla bağlı göstəriş verilib, proses gedir. Növbədənkənar seçkilərin bu il keçirilməsinə səbəb isə odur ki, əgər qarşıdakı normal seçki vaxtında, yəni 2020-ci ildə keçirilərsə ondan sonrakı seçkilər 2025-ci ilə düşəcək. Bildiyiniz kimi, 2025-ci il Azərbaycanda növbəti prezident seçkisidir, hansı ki, müvafiq dəyişikliklərdən sonra 7 illik olan prezidentlik müddətinin ilk mərhələsindən sonraya təsadüf edir və kifayət qədər həssas proses olacaq. Üstəlik, istər daxildə, istər xaricdə baş verən bir sıra proseslər var ki, növbədənkənar parlament seçkilərini zəruri edib”.
Mövzu ilə bağlı söhbətləşdiyimiz DSK sədrlərindən biri bildirdi ki, növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ bu il zatən gündəmdə olub: “Avqustda olacaq dedilər, amma sonradan müəyyən səbəblərdən gecikdiyi bildirildi. Bir sözlə, biz bu ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra daim hazır vəziyyətdə olmuşuq. Yəni bu barədə göstəriş olub”.
Məsələ ilə bağlı MSK-dan mövqe almağa çalışacağıq.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu