Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb


Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb


“Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır”.



Bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.

Bununla yanaşı nazir BMT tribunasından Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini, ölkə əhalisinin doqquzda birinin qaçqın və məcburi köçkün düşdüyünü xatırladaraq beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin dərhal yerinə yetirilməsinə nail olmaq üçün İrəvana təzyiq göstərməyə çağırıb.

“Ermənistanın yeni rəhbərliyi anlamalıdır ki, Ermənistanın iqtisadi cəhətdən inkişaf etmiş və firavan bir dövlətə çevrilməsinə dair erməni xalqına verdiyi vədləri qonşularla sülh və yaxşı münasibətlər qurmadan, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədən yerinə yetirmək mümkün deyil”, – deyə E.Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan hesab edir ki, “sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa” heç bir alternativ yoxdur. (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu