Qənirə Paşayeva AŞPA-da islamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib

Xəbərin çap versiyası
Tarix: 10-10-2018, 13:07    |    Xəbər oxunub: 526 dəfə
Qənirə Paşayeva AŞPA-da islamafobiyanın artmasında Avropa ölkələrinin yanlış siyasətini tənqid edib


Bu gün AŞPA-da “Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədilə Avropada İslamın xaricdən maliyyələşməsi,” “Avropada miqrantların və diaspor icmalarının radikallaşması" mövzularında keçirilən birgə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva AŞ PA-nın 6 siyasi qrupundan biri olan Azad Demokratlar Qrupu adından çıxış edib.

AFN xəbər verir ki, Q.Paşayeva çıxışında Avropada İslamafobiyanın artmasında əsas səbəb kimi Avropa ölkələrinin müsəlmanlarla, qaçqın və köçkünlərlə bağlı yanlış siyasətini göstərib və sərt tənqid edib: ”Hörmətli həmkarlar, mən hər iki məruzəçiyə Avropada müsəlman icmaları üçün böyük maraq kəsb edən bu hesabatları hazırladıqlarına görə təşəkkürümü bildirirəm. Bu səbəbdən mən Avropada müsəlman icmalarının və miqrantlarının üzləşdiyi çox mühüm ümumi problemlərindən danışmaq istərdim. İlk növbədə bildirmək istərdim ki, miqrantların və qaçqınların radikallaşmasının Avropa üçün həmin adamların keçdiyi humanitar faciədən daha çox prioritet kəsb etməsi təəssüf doğurur. Türkiyə milyonlarla qaçqın və miqrantları qəbul etdiyi halda, Avropanın az sayda qaçqınları qəbul etmək istəməməsi və hətta müəyyən qəti tədbirlər görməsi narahatlıq doğurur. Sülh və əmin-amanlıq tapmaq ümidilə Avropaya gedən yolda bir çox çağırışlarla üzləşən miqrantlar Avropada islamofobiya və ksenofobiya ilə qarşılaşır və Avropaya daxil olan kimi öz kimliklərindən imtina etmək məcburiyyətində qalırlar. Beynəlxalq birlik bu çağırışları nəzərə almalıdır. Bu kontekstdə mən üzv-dövlətləri miqranların və xüsusilə qaçqınların qeyri-insani şərtlərini yaxşılaşdırmaq məqsədilə mümkün qədər tez effektiv və humanitar tədbirləri tapmağa çağırıram. Miqrantlatın radikal inanclara meylli kimi təsvir edilməsi onların məskunlaşdığı ölkələrdə radikallaşmağa gətirib çıxaracaq. Avropada radikallaşmanın əsas səbəbi miqrantların sahib olduğu müxtəlif kimliklərinə olan mənfi yanaşmadır. Avropada müsəlmanların və miqrantların kimliklərinin saxlanması hər hansı bir problemə səbəb olmur, lakin onların vahid kimlik seçməyə məcbur edilməsi ciddi narahatçılıq doğurur. Bu vəziyyətradikallaşmanı bəsləyən səbəb yaradır. Avropada İŞID kimi terror təşkilarlarında təhsilli gənc adamların yüksək iştirak dərəcəsi aydın şəkildə onu göstərir ki, problemin kökündə Avropa ölkələrinin yürütdüyü səhv siyasətdir. Son illər media və siyasi dairələr Avropa cəmiyyətlərinə artan qaçqın axınları ilə qorxu aşılamağa çalışırlar. Hesab edirəm ki, miqrantların bu axınının qarşısını almaq məqsədilə sərhədlərin bağlanması və ya insan ləyaqətinə xələl gətirən tədbirlərin görülməsi heç vaxt müsbət nəticələr verməyəcək. Üzv-dövlətlərin düzgün inteqrasiya siyasətinə və immiqrasiyaya düzgün yanaşması miqrantların radikallaşmasının qarşısını almaq üçün effektiv həllin mühüm tərkib hissəsidir. Bu səbəbdən Avropada yaşayan miqrant icmaların və müsəlman icmalarının ehtiyaclarının və ideyalarının nəzərdən keçirilməsi və qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi:

Səudiyyə Camal Qaşıqçının ölümünü təsdiq etdi: həbslər başladı

Bakıda universitetdə qəribə qadağa-

Bakıda universitetdə qəribə qadağa- FOTOFAKT

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

“İrşad Elektronics”in kredit fırıldağı: müştərilər belə tələyə salınır

Sarov kəndində səyyar qəbul keçirilib

Sarov kəndində səyyar qəbul keçirilib

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur