“Bu yol çox böyük bir yolun davamıdır”- Aqil Acalov



“Bu yol çox böyük bir yolun davamıdır”-


Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov 15 ildə ölkə baçısı cənab ali baş komandan İlham Əliyevin Azərbaycan üçün qazandığı uğurlardan bəhs edib.

AFN xəbər verir ki, o bildirib: “Ötən 15 ilə nəzər salsaq görərik ki, Azərbaycan bu illər ərzində böyük dəyişikliklərlə yanaşı, həm də gücünü dünyaya daha da göstərir. Bütün bu dəyişikliklər də möhtərəm prezidentimizin fəaliyyəti sayəsində reallaşır. Bəli, bu gün cənab ali baş komandanımız İlham Əliyevin prezidentliyinin 15 ili tamam olur. Bu yol çox böyük bir yolun davamıdır, o yol ki, Azərbaycanı müstəqil, dünyəvi, sivil ölkələr cərgəsində qərarlaşdırdı. Bu, o yoldur ki, təməli ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu gün böyük fəxarət hissi ilə söyləmək olar ki, ulu öndər strategiyalarına dayanan güclü bir Azərbaycanın vətəndaşlarıyıq. Cənab prezident İlham Əliyevin 15 illik fəaliyyəti dövründə ölkəmiz bir sıra tədbirlərə, formlara, beynəlxalq layihələrə ev saihibliyi edib. 2003-cü il oktyabrın 1-də mərhum prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Təbii olaraq bu, böyük məsuliyyət idi və bu məsuliyyətli görəvi layiqincə yalnız və yalnız İlham Əliyev üstlənə bilərdi. Cənab prezident 2003-cü ildə baş tutacaq seçkilər ərəfəsində xarici KİV-ə verdiyi müsahibədə onun üzərinə düşən bu görəvin çox məsuliyyətli olduğunu bildirmişdi, ona görə də o, bu ağır yükü altına girərək Azərbaycan üçün yeni inkişaf sxemi hazırladı. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb. 15 il ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılmış, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilmişdir.”

A.Acalov daha sonra qeyd edib ki, ötən 15 ildə ölkədə idman və bədən tərbiyəsi sahəsində sürətli inkişaf prosesi gedib, böyük uğurlar əldə edilib, mühüm və məqsədyönlü işlər görülüb: "Bakıda və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. Azərbaycan idmançıları ildən-ilə öz nəticələrini yaxşılaşdırır, yüksək nailiyyətlər əldə edirlər. İdmançılarımız 2004-cü il Afina Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və 4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında isə 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Azərbaycan dünyada 14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci, müsəlman aləmində isə 1-ci olmuşdur. 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni təmsil edən 6 min idmançının iştirak etdiyi Oyunlarda komandamız ümumi hesabda 2-ci yeri tutmuş, 21-i qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan komanda hesabında 1-ci yerə çıxmışdır. 2016-cı ildən etibarən Bakıda hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışları təşkil edilir.

2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürülmüşdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri (uzunluğu 1767 kilometr), 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri (uzunluğu 980 kilometr) istifadəyə verilmişdir. 2014-cü il sentyabrın 20-də Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə getmiş və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir. TAP layihəsinin icrası isə qrafik üzrə davam etdirilir.

Yuxarıda sadaladıqlarım bu 15 ildə qazanılan uğurların çox kiçik bir hissəsi idi respublikamızda eyni zamanda regionlarda ötən illər ərzində sürətli inkişaf bunun bariz sübutudur. 2003-cü ildə İlham Əliyev prezident seçilərkən söylədiyi bu söz “Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam” bu gün hər sahədə öz əksini tapır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu