2019-cu il üzrə dövlət büdcəsi təsdiqləndi


2019-cu il üzrə dövlət büdcəsi təsdiqləndi


Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi yekunlaşıb.



Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard 190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyəsində təsdiqləyib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Qanun layihəsi səsverməyə çıxarılaraq yekun –III oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu