Kanadadakı azərbaycanlılar erməni təxribatına etiraz edib

Xəbərin çap versiyası
Tarix: 10-12-2018, 18:50    |    Xəbər oxunub: 759 dəfə
Kanadadakı azərbaycanlılar erməni təxribatına etiraz edib


Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin də bayrağının asılması ilə əlaqədar yerli qurumlara etiraz bəyanatları ünvanlayıb.



Bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimin də bayrağının asılması beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulması deməkdir.

Bununla bağlı dərin narahatlığını bildirən Azərbaycan icması Toronto şəhər rəhbərliyini bu həssas məsələyə biganə qalmamağa çağırıb: “Bu məsələyə etiraz edən cəmiyyət üzvlərinin əksəriyyəti əslində, Ermənistanın hərbi qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından qovulmuş və sonradan Kanadaya köçmüş Azərbaycan əsilli kanadalılardır. Hazırda bu insanlar kilsə və Gənclik Mərkəzinin yaxınlığında yaşayırlar və hər səhər işə getmək üçün bu "bayraqların" önündən keçməlidirlər. Bu “bayraq” insanlığa qarşı qəsdən törədilmiş cinayəti, soyqırımı təmsil edir!

Bəyanatda Azərbaycan icması Kanada kimi bir ölkədə belə ədalətsizliyin baş verə biləcəyinə qəti etirazını bildirərək işğalçı Ermənistanın Silahlı Qüvvələrinin “bayrağı” şəklində narahatçılıq simvolunun endirilməsini xahiş edir.

Erməni təxribatının qarşısının alınması ilə bağlı Kanada Azərbaycan Təşkilatları Assambleyasına daxil olan 16 diaspor təşkilatının imzaladığı etiraz məktubu Toronto şəhər meri Mayor Con Tori, şəhər müşaviri Şelley Karol, Parlamentin üzvü, Kanadanın İrsi və Multikulturalizm naziri Pablo Rodrigez və digər məsul şəxslərə, eləcə də qurumlara göndərilib.

Kanadadakı azərbaycanlılar erməni təxribatına etiraz edib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur