Müsavatın qarşısında aksiya keçirildi-FOTO


Müsavat Partiyasının binası qarşısında etiraz aksiyası keçirilib.

Narazı kütlə partiyadan çıxarılanlarların yenidən bərpasını istəyiblər. Təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb.

Etirazçılar Müsavat başqanının yenidən seçilməsini tələb edirlər. Etirazçıların əllərindəki plakatlarda "növbədənkənar qurultay çağırılsın" sözləri qeyd olunub. Müsavat Partiyasının başqanı Arif Hacılı isə etiraz aksiyasına reaksiya göstərməyib.

Qeyd edək ki, hazırda etiraz aksiyası davam edir. Narazı kütlə bəyanat oxuyaraq "Müsavat" partiyasına tələblərini bildirəcəklər.

[medium]http://afn.az/uploads/posts/2015-05/1430914169_mus1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430914151_mus2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430914187_mus3.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu