Finlandiya Prezidenti AŞPA-da millət vəkili Qənirə Paşayevanın bir sıra suallarını cavablandırıb


Finlandiya Prezidenti AŞPA-da millət vəkili Qənirə Paşayevanın bir sıra suallarını cavablandırıb


"Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır". Bunu Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyasında qurumda Azərbaycanın nümayəndə heyətinin üzvü, Azad Demokrtlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın Azad Demokrtlar Qrupu adından verdiyi suallarına cavab olaraq Finlandiya Prezidenti Sauli Niiniströ deyib.



"İslamafobiya və antisemitizm kimi Avropanın bu günü və gələcəyi üçün təhlükəli tendensiyaların artması ciddi narahatlıq doğurur. Nazirlər Komitəsinə rəhbərlik edən Finlandiyanın Prezdinti olaraq bu mənfi tendensiyalarla mübarizə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun gücləndirilməsi kimi mövzular sizin prioritetləriniz arasında varmı? Bu barədə nələr söyləmək istərdiniz? İkinci sualım qaçqınlarla bağlı olacaq. Münaqişələr, müharibələr nəticəsində Avropa məkanında artan qaçqınlar problemi ilə bağlı Avropa ölkə və qurumlarının fəaliyyətini yetərli sayırsınızmı? Sizcə, insanları öz evindən qaçqın salan səbəblərlə mübarizədə Avropa zəif rol oynamırmı? Və sizcə, daha hansı addımlar atılmalıdır?", - deyə deputat soruşub.

Finlandiya Prezidenti AŞPA-da millət vəkili Qənirə Paşayevanın bir sıra suallarını cavablandırıb


Finlandiya Prezidenti bildirib ki, həqiqətən də, belə mövqelər artmaqdadır: "Bu məsələdə müxtəlif ölkələrdə vəziyyət oxşardır. Lakin bu məsələnin həllini tapmaq çox çətin missiyalardandır. Findandiyada son 30 il bundan əvvələ nəzər salanda görürəm ki, bu gün vəziyyət çox yaxşıdır. Lakin əmin deyiləm ki, insanlar o vaxt olduğundan artıq razıdırlar. Populizmin yer almasına səbəb insanların yaxşıya tez öyrəşmələri, getdikcə daha artıq tələbkar olmalarıdır. Üzləşdiyimiz yeni elementlərdən biri də sosial mediadır. Lakin mən bu məsələdə optimistəm. Çünki mən həqiqətin bərpa olacağına inanıram. Mən demokratiyaya inanıram. Çünki insanlar axırda doğrunu anlayırlar. Finlandiyada bu problem iki dəfə - 60-cı illərdə və son dəfə 10 il bundan qabaq özünü göstərib. Yaranan partiyanı biz populistlər adlandırmışdıq. Lakin onların fəaliyyəti bir gün dayandı və bu gün onlar, ümumiyyətlə, heç mövcud deyillər. Lakin bu insanlara “siz tamamilə səhvsiniz“, “siz danışmayın“ deməyin lehinə deyiləm. Çünki bu, bizə qarşı tənqidləri daha da artıracaq", - deyə prezident vurğulayıb. Qaıqınlarla bağlı suala gəlincə prezident bildirib ki bununla bağlı Avropa Birliyinin ümumi qərarları və yanaşması olmalıdır. “Bu cür addımlar məsələyə daha çox töhvələr verə bilər. Hər bir ölkə öz qaydaları,öz istək və düşüncələri ilə bu məsələyə yanaşsa bu sadəcə xaosa səbəb ola bilər. Ümumi yanaşmaların həyata keçirilməsinə ehtiyac var”-deyə cavab verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu