Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib- FOTOLAR


Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib-


Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, Transgaz və Romgaz şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən Lulian Robert Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. Lulian Robert Tudorake deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır.



Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır.

Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da müzakirə edilib.

Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib-
Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib-
Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu