Əli Həsənov İlham Əliyev haqqındakı iddiaları təkzib etdi: “Yalan və saxtadır!”

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 16:18    |    Xəbər oxunub: 610 dəfə
Əli Həsənov İlham Əliyev haqqındakı iddiaları təkzib etdi:


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə irəli sürülən iddialarla bağlı AZƏRTAC-a açıqlama verib.

Əli Həsənov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə "The Washington Post" qizetındə çalışan jurnalist Bob Woodwardın "Fear: Trump in the White House" kitabında əks olunmuş iddialar tam yalan və saxtadır.

Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında cəmi bir dəfə - ABŞ-da keçirilmiş son prezident seçkilərindən dərhal sonra telefon danışığı olub, söhbət zamanı iki dövlət arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivi ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezidentin köməkçisi deyib ki, 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident İlham Əliyevin ABŞ-ın dövlət başçısı ilə görüşü protokol xarakteri daşıyıb, həmin zaman heç bir söhbət olmayıb, yalnız foto-video çəkiliş həyata keçirilib. Buna görə də kitabda həmin görüşdə Azərbaycan Prezidentinin cənab Donald Trampa guya Çin Xalq Respublikasının Əfqanıstanda iqtisadi fəaliyyəti ilə bağlı hər hansı məlumat verməsi barədə irəli sürülən iddia “fake” informasiyadır və müəllifin fantaziyasından başqa bir şey deyil.

Əli Həsənov bildirib ki, ümumiyyətlə, Azərbaycan xarici siyasət məsələlərində yalnız öz milli maraqlarını rəhbər tutur və heç vaxt başqa ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər əlaqələrə müdaxilə etmir. Görünür, xaricdəki anti-Azərbaycan dairələr indi də davamlı şəkildə Azərbaycana qarşı “qara piar” kampaniyası aparan və “fake” xəbərlər üzrə ixtisaslaşmış “The Washington Post” nəşrinin əməkdaşı vasitəsilə ölkəmizin beynəlxalq imicini ləkələməyə, onun Çin Xalq Respublikası və Amerika Birləşmiş Ştatları ilə inkişaf edən əlaqələrinə xələl gətirməyə cəhd göstərirlər. Əminliklə deyə bilərik ki, belə çirkin əməllərin müəllifləri heç vaxt öz məqsədlərinə nail ola və Azərbaycanla tərəfdaşları arasında əlaqələrə zərbə vura bilməyəcəklər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Cəfər Cabbarlının romanı və məktubları tapılıb

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub-

Mehriban Əliyeva təhsil müəssisələrindəki şəraitlə tanış olub- FOTOLAR

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb-

Qarabağ döyüşlərində itkin düşmüş əsgərin 25 ildən sonra məzarı tapılıb- FOTOLAR

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb-

Pambıqçılıqda qarşıya qoyulan məqsədə nail olunmayıb- ekspert

"Azercell"in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib

Hüseyn Abdullayev məhkəmədə ağladı-

Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Bakıda müəllim şagirdi vuraraq hədələdi:

Bakıda müəllim şagirdi vuraraq hədələdi: işə polis qarışdı

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib-

Müdafiə naziri döyüş atışlı təlim məşqlərini izləyib- VİDEO+FOTOLAR

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Tağıyevin heykəlinin ucaldılacağı yer məlum oldu

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

Sevinc Abbasovanın qanunsuz hazırlıq kursu təşkil etdiyini BŞBTİ təsdiqlədi

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir

"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur