İri dövlət şirkətlərinə nəzarət artırılır- Komissiya yaradıldı

Xəbərin çap versiyası
Tarix: 29-03-2019, 11:06    |    Xəbər oxunub: 624 dəfə
İri dövlət şirkətlərinə nəzarət artırılır-


Baş nazir Novruz Məmmədov "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərara dəyişiklik edib.



Qərarın 4-cü hissəsinə edilən dəyişikliyə görə, İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə komissiya yaradılır:

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

İqtisadiyyat naziri

Maliyyə naziri

Vergilər naziri

Mərkəzi Bankının sədri.

Həmçinin 3 nömrəli əlavə - "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydası” yeni redaksiyada təsdiq edilib.

Bu qaydalara görə, smetaların illik icrası üzrə monitorinq iri dövlət şirkətlərindən hesabat formalarına uyğun alınmış zəruri sənəd və məlumatlar (hesabatlar) əsasında aparılır. Zərurət yarandığı hallarda Komissiya üzvlərinin təklifi və Komissiyanın sədrinin razılığı ilə iri dövlət şirkətlərində ilkin sənədlər əsasında yerində baxış keçirilməklə monitorinq aparıla bilər.

Smetaların icrası üzrə monitorinqin aparılması zamanı aşağıdakılar araşdırılır:

- smetalar üzrə gəlirlərin proqnozlaşdırılması zamanı daxilolma mənbələrinin tam nəzərə alınması vəziyyəti, habelə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən daxil olmuş vəsaitlərin və onların istifadəsinin smetaların icrasına dair rüblük hesabatlarda düzgün əks etdirilməsi;

- iri dövlət şirkətlərinin daxilolmaları və xərcləri üzrə proqnoz göstəricilərdən az və ya çox olan hər bir daxilolma və xərc maddələrinin icra vəziyyəti;

- təqdim edilən malların (işlərin və xidmətlərin) (o cümlədən, qiymətləri dövlət tərəfindən tənzimlənən) maya dəyərinin və rentabelliyinin formalaşması;

- büdcədən ayrılan subsidiyaların, bank kreditlərinin, ssudaların və investisiyaların (cəlb edilmiş və daxili) istifadəsi vəziyyəti və səmərəliliyi;

- büdcə qarşısında olan öhdəliklərin yerinə yetirilməsi, ödənişlərin növbəliliyinə riayət edilməsi vəziyyəti;

- əmtəəsiz əməliyyatlar apararaq və yalan əqdlər bağlayaraq vergidən yayınan vergi ödəyiciləri ilə əməliyyatların aparılıb-aparılmaması vəziyyəti;

- malların, iş və xidmətlərin satın alınmasının vəziyyəti;

- xarici iqtisadi fəaliyyətin səmərəliliyi vəziyyəti;

- debitor və kreditor borcların dinamikası, uzunmüddətli debitor və kreditor borcların aradan qaldırılması və minimuma endirilməsi üzrə görülən tədbirlərin vəziyyəti.

Komissiya tərəfindən smetaların illik icra vəziyyətinin monitorinqinin, təhlil və qiymətləndirilməsinin nəticələrinə dair məlumat iyul ayının 30-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb -

Qənirə Paşayeva Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb - FOTOLAR

İqbal Məmmədovun Türkiyədə də şirkəti var-

İqbal Məmmədovun Türkiyədə də şirkəti var- həbs olunan qardaşı oğlunun adınadır

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötüb

Prezident 1 fərman, 2 sərəncam imzaladı

Prezident 1 fərman, 2 sərəncam imzaladı

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi:

ASGA sədrinin Leyla Əliyevaya müraciəti öz nəticəsini verdi: “SƏDƏRƏK YUSİF”in “DEKA” şirkəti məhkəməyə verildi

Vilayət Eyvazov əsgərlərlə nahar etdi -

Vilayət Eyvazov əsgərlərlə nahar etdi - FOTOLAR

Dava salan deputatın oğluna cinayət işi açıldı-

Dava salan deputatın oğluna cinayət işi açıldı- 3 AYLIQ HƏBS VERİLDİ

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? -

Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - AÇIQLAMA

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Ədliyyə Nazirliyi Rüstəm İbrahimbəyovun səlahiyyətlərini tanıdı

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Deputat İqbal Məmmədov “Relax”da baş verənlərlə bağlı açıqlama yayıb

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirib

Cəmi 972 manat vergi ödənilmişdi-

Cəmi 972 manat vergi ödənilmişdi- "Relaks" qalmaqalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur