Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 3-04-2019, 11:29    |    Xəbər oxunub: 580 dəfə
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-


Aprelin 2-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşüb.



Yüksək səviyyədə və səmimi atmosfer şəraitində keçən görüş zamanı ikitərəfli münasibətlər ətraflı müzakirə olunub. M.Baxtadze bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələrə çox müsbət yanaşır və bu fəaliyyəti yüksək şəkildə dəyərləndirir.

Baş nazir M.Baxtadze görüşdə iştirak edən Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi ilə ikitərəfli münasibətləri daha da intensivləşdirmək, çoxsaylı birgə layihələr həyata keçirmək barədə göstəriş verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev də iştirak ediblər.

Elə həmin gün Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə də görüşüb.

Azərbaycan nümayəndə heyətini salamlayan Z.Dziquri Azərbaycanla Gürcüstanın strateji müttəfiq, xalqlarımızın isə dost və qardaş olduqlarını vurğulayaraq, ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Gürcüstan Parlamentinin Diaspora və Qafqaz məsələləri üzrə komitəsinin rəhbəri Beka Odişariya, Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev və Azər Süleymanov iştirak ediblər.

Azərbaycan tərəfini isə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Dövlət Komitəsinin nümayəndələri və digər rəsmi şəxslər təmsil ediblər.

F.Muradov Dövlət Komitəsi sədri kimi ötən ilin yayında ilk dəfə Gürcüstana səfər etdiyini və bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri problemləri ətraflı öyrəndiyini diqqətə çatdırıb. O, təhsillə bağlı layihələr hazırlandığıni və aprelin 3-də Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzinin açılış mərasiminin keçiriləcəyini bildirib. F.Muradov qeyd edib ki, bu mərkəz Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası baxımından Azərbaycan dövlətinin töhfəsi olacaq. Dövlət Komitəsinin sədri qeyd edib ki, gürcüstanlı azərbaycanlıların pedaqoji, dini təhsil almaları məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycanda kvotalar ayrılıb.

Eyni zamanda F.Muradov erməni separatçısına Gürcüstanda abidə ucaldılması məsələsinə toxunaraq, bunun ikitərəfli münasibətlərin hazırkı səviyyəsinə uyğun olmadığını nəzərə çatdırıb.

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini xatırladan Z.Dziquri erməni mətbuatının bu səfərin əleyhinə yazılar dərc etdiyini xüsusilə vurğulayıb.

Beka Odişariya isə bildirib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yeni komandasının fəaliyyətini, həyata keçirdiyi layihələri diqqətlə izləyir və azərbaycanlı həmkarlarının ideyalarından bəhrələnməyi düşünür.

Görüşdə Gürcüstan Parlamentinin azərbaycanlı deputatları Azər Süleymanov və Mahir Dərziyev də çıxış ediblər.

Azər Süleymanov erməni separatçısına Gürcüstanda heykəl qoyulmasının ikitərəfli münasibətlərə kölgə salacağını bildirib.

Mahir Dərziyev isə Azərbaycanda "Soydaş haqqında" qanunun qəbul edilməsinin, Gürcüstanda Azərbaycan, Azərbaycanda gürcü mədəniyyətlərinin tanıdılmasının vacib olduğunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-
Dövlət Komitəsinin sədri Gürcüstanın baş naziri və parlamentin vitse-spikerilə görüşüb-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur