Qənirə Paşayeva AŞPA-da 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışıb

Xəbərin çap versiyası
Tarix: 9-04-2019, 13:42    |    Xəbər oxunub: 584 dəfə
Qənirə Paşayeva AŞPA-da 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışıb


Bu gün AŞPA-da “2030-cu il Dayanıqlı İnkişaf Proqramının həyata keçirilməsində BMT ilə əməkdaşlığın gücləndirilməsi” və “ Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi: parlamentlərdən yerli idarəetmə qurumlarına qədər bütün iştirakçı tərəflərin birgə səyləri” adlı qətnamə layihələrinin müzakirəsi zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heytinin üzvü, AŞPA Azad Demokratlar Qrupunin vitse-prezidenti Q.Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edərək öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini də qaldırıb.



Avropa Şurasını, üzv ölkələri, beynəlxalq təşkilatları insanları qaçqın və köçkün salan işğallara qarşı sərt mübarizəyə çağırırıb:” Avropa Demokratlar Qrupu olaraq mərizəçiləri təbrik edirik, qətnamə layihələrini dəstəkləyirik və hesab edirik ki, Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan məqsədlərin həyata keçməsi istqamətində üzv ölkələrdə çalışmalar daha da genişlənmli və surətlənməlidir. Biz özəlliklə əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna bütün üzv ölkələrdə daha çox diqqət ayrılmasına çağırırıq. Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə daha çox işlərin görülməsinə böyük ehtiyac var. Unutmamalıyıq ki gender bərabərliyi yalnız təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökmranlıq etdiyi, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Özəlliklə qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməlidir. Davamlı İnkişaf Məqsədlərinin demək olar ki, hamısında gender amilinə xüsusi diqqət yetirilmişdir. Unutmamalıyıq ki mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir. Buna görə də 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətli həyata keçirilməsinə də dəstək ola bilər. Biz hesab edirik ki Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsi məqsədəuyğun olardı. Gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də, insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməliyik. Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın və məcburi köçkünlər probleminə diqqəti daha çox artırmağa çağırırıq. Mən torpaqlarının işğal altında olması səbəbindən 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin təmsilçisi olaraq demək istəyirəm ki yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələrə görə, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalması bizim hamımızı ciddi narahat etməlidir. Unumamalıyıq ki yüksək yoxsulluq səviyyəsinə daha çox qeyri-stabil və münaqişələrdən əziyyət çəkən kiçik ölkələrdə rast gəlinir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqmətində ümumi səyləri daha da gücləndirməliyik. Sonda onu da vurğulamaq istəyirəm ki, mənim ölkəm Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çox saydı işlər görülür, layihələr, islahatlar həyata keçirilir və bunun nəticəsində bir çox uğurlar əldə edilib və islahatlar, layihələr bu gün də surətlə davam edir və biz bu gün müzakirə olunan sənədlərdə qeyd edilən təklifləri də dəstəkləyirik. Ümid edirik ki bu cür müzakirələr və müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artırar və məruzəçilərin qətnamə layihələrində qeyd etdiyi məsələlərə üzv ölkələri daha çox diqqət yetirməyə çağırırıq. ”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səfər Mehdiyev yenə

Səfər Mehdiyev yenə "problem yoxdur" deyir, amma...

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib-

“Nar”ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib- FOTOLAR

Səhnə “Bizim Don Kixot”undur

Səhnə “Bizim Don Kixot”undur

Tereza Mey istefasını açıqladı:

Tereza Mey istefasını açıqladı: Yeni namizədlərin adı bəllidir

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib –

İnsan alverinə qarşı mübarizə mövzusu bu dəfə Neftçalada izah edilib – FOTOLAR

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Paşinyanın arvadı Cavid İsmayılın sualı qarşısında çaşdı

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?-

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?- ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Baş Nazirin müavini:

Baş Nazirin müavini: "Cümhuriyyəti quranlar minnətdarlıq hissi ilə yad edilir"

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

Neft və qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı İşçi qrupunun iclası keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur