Millət vəkilindən İtalya parlamentinə ETİRAZ


Millət vəkilindən İtalya parlamentinə


İtaliya parlamentinin Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıyan qətnamə qəbul etməsini qınayırıq. Sosial şəbəkələrdə fəal olan insanlarımızın, gənclərimizin bu qərara etirazı İtaliya parlamentinin, millət vəkillərinin sosial media hesablarına italyan və ingilis dillərində göndərməsi və paylaşması lazımdı. Bu, çox ciddi məsələdir.



AFN xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bildirib. O qeyd edib ki, İtaliya bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü kimi neytrallığına kölgə saldı:

"Leqa Partiyasının bu qondarma “erməni soyqırımı”ndan Avropa Parlamentinə seçkilərdə səslərini artırmaq məqsədilə səhnələşdirdiyi oyuna İtalya Parlamentini alət kimi istifadə etməsi qəbul edilməzdir. Qondarma soyqırım haqda qərar qəbul edən İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral da ola bilməz. Özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız, onminlərlə insan olaraq etirazımızı sosial media üzərindən İtaliya millət vəkillərinə, parlamentinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gəncleələ bölüşsünlər ve fəal olma çağırışı edək. Bu çox ciddi məsələdirr. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, İtalyada yaşayan Türk kökənli insanları da etiraz səslerini sosial şəbəkələrdən İtaliya rəhbərliyi, parlamenti, millət vəkillərinə, ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millet olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi ve gerçəkləri daim yaymaqda israrlı olduğumuzu ve olacağımızı görməlidir.

Like all attempts politicizing history, this decision of the Italian Chamber of Deputies is also null & void. It is unacceptable that the Italian Parliament has become an instrument of the game played by the xenophobic Lega party that is seeking votes for the European Parliament.#İtaly



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu