Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi: “Deputat olan şəxs belə fikirlər söyləməz”

Xəbərin çap versiyası
Tarix: 26-05-2019, 14:27    |    Xəbər oxunub: 630 dəfə
Polad Bülbüloğlu Araz Əlizadəyə savadsız dedi:


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.


AFN Unikal.org-a istinadən xəbər verir ki, P. Bülbüloğlu jurnalist Fuad Abbasovun Rusiyada yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirakı ilə bağlı mətbuatda yayılan fikirlərə kəskin reaksiya verib: “Mən heç kimi harasa soxmuram. Rusiya televiziyaları bununla bağlı mənə müraciət etməyib. Fuad Abbasov və digərlərinin Rusiyada yayımlanan tok-şoularda iştirak üçün təqdim etmək səfirliyin səlahiyyətində deyil".
Səfir açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: “Araz Əlizadə deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

P. Bülbüloğlu deputatı savadsızlıqda da ittiham edib: “Deputat olan bir şəxs belə savadsız fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin. Ancaq səfir deyib ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur