"Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi"

Xəbərin çap versiyası
Tarix: 17-06-2019, 16:33    |    Xəbər oxunub: 593 dəfə
"Elçibəy mənə baş nazir, Heydər Əliyev isə baş nazirin müavini vəzifəsini təklif etdi"


1993-cü ilin bu günlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də sabiq AMİP lideri Etibar Məmmədov olub. O dövrdə E. Məmmədova müxtəlif vəzifələr təklif olunması, lakin onun razılaşmaması haqda söz-söhbətlər dolaşırdı. Bəs o günlərdə Azərbaycanın aparıcı müxalif siyasi liderlərindən olan bu şəxs nədən vəzifəsiz qalıb?

AFN xəbər verir ki, Etibar Məmmədov Moderator.az-a açıqlamasında həmin məsələlərə münasibət bildirib

-Etibar bəy, 1993-cü ilin iyununda AXC iqtidarı və Heydər Əliyevlə hakimiyyət bölgüsü müzakirələrində sizin iştirakınız necə olub?

- O dövrdə mənə müxtəlif təkliflər edilib. Elçibəy Kələkiyə getməmişdən öncə Baş nazir vəzifəsi təklif etmişdi. Hətta axırıncı gün, yəni iyunun 17-də gündüz mən müəyyən şərtlər irəli sürmüşdüm, onlar da razılaşdırılmışdı və mən hökumət başında durmağa razılıq vermişdim. Lakin həmin gecə Elçibəy çıxıb getdi və bununla da məsələlər dəyişdi. Heydər Əliyev də vəzifələr təklif edib mənə. Sadəcə, ona da bildirmişəm ki, mənim məqsədim vəzifə xətrinə post tutmaq deyil. Mən sizinlə ölkəniin inkişafı haqda müəyyən razılaşmaya gəlməliyəm, bilməliyəm ki, siz ölkəni hansı istiqamətə aparacaqsınız. Əsas tələbim də ondan ibarət olub ki, Konstitusiyada dəyişiklik edilməli, yenidən parlament seçkiləri keçirilməli, yalnız bundan sonra prezident seçkiləri keçirilməlidir. Lakin Heydər Əliyev həmin şərtlərlə razılaşmadı və ona görə də mən heç bir vəzifəni qəbul etmədim. Burada gizlin bir şey yoxdur...

-Baş nazir vəzifəsini Elçibəy özü şəxsən təklif etdi sizə?

-Bəli. Heydər Əliyevlə birlikdə söhbət zamanı. Əvvəlcə iyunun 15-də, sonra 16-da təklif edilib. İyunun 17-də günorta saatlarında isə dediyim kimi, Elçibəylə təkbətək görüşəndə o, baş nazir olmağım barədə təklifi verib və hətta deyib ki, bu haqda fərman da hazırdır. Axşam da yenidən görüşüb razılığa gəlmişik...

-Bəs Əbülfəz bəy Kələkiyə getdikdən sonra Heydər Əliyev özü ayrılıqda hansı vəzifəni təklif etdi?

-Heydər Əliyev Ali Sovetin sədri olanda mənə 1-ci müavin vəzifəsini təklif edib. Daha sonra isə baş nazirin 1-ci müavini və xarici işlər naziri vəzifələrini... Lakin dediyim kimi, mənim şərtlərim qəbul edilmədiyimdən bunların heç biri ilə razılaşmamışam.

-Belə çıxır ki, siz o dövrdə Azərbaycanda yaranmış xaotik situasiyada Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə razılaşmısınız?
-Bilirsiz, Heydər Əliyev o dövrdə həlledici fiqurlardan biri idi. Lakin yenə deyirəm, Heydər Əliyevi Bakıya mən dəvət etməmişəm. Bu, AXC liderlərinin özlərinin təşəbbüsü ilə olub. Onlar yığışıb belə qərara gəliblər ki, Heydər Əliyevi Bakıya dəvət etsinlər və ona hakimiyyət bölgüsünü də təklif etsinlər. İndiyədək bunu dəfələrlə İsa Qəmbər, Pənah Hüseyn və digərləri də etiraf edib ki, biz o vaxt toplandıq və belə qərara gəldik. Hakimiyyətdəkilər belə bir qərara gəldikdən sonra məən niyə etiraz etməli idim?..




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur