19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli


19 iyun 1920-triumviratın ölümü -


1915-ci il hadisələrindən sonra ermənilər türklərə qarşı qisas əməliyyatı planlaşdırıb və Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında "Daşnaksütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında əməliyyata rəhbərlik Armen Qaroya həvalə edilib. "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Adı qədim yunan intiqam ilahəsi Nemezidanın adından götürülmüş əməliyyat dünyanın bütün ölkələrində türklərə qarşı terror və qisası qarşısında məqsəd kimi qoymuşdu. Bu siyahıya Azərbaycan Xalq Cümuhriyyətinin üzdə olan simaları, DİFAİ-partiyasının üzvləri və milli düşüncəyə sahib olan ziyalılar daxil idi.

Qeyd edim ki, Gürcüstan hökuməti süquta uğramış Cümhuriyyətin liderlərini öz ölkəsinə dəvət edirdi. NEMZESİN də bundan xəbəri var idi. Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Məmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli yenə də Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Amma onlar Gürcüstana gedirdilər. Qafqaz İslam Ordusunun komandanlarından olan Ənvər Paşa, Həsən bəy Ağayev, Behbud bəy Cavanşir, Fətəli xan Xoylu və Nəsib bəy Yusifbəylinin adları isə aradan götürülməli olanların sırasında ilk yerdə idi. Onların öldürülməsi üçün əsas terror əməliyyatları Gürcüstanda həyata keçirilməliydi.

Fətəli xan Xoyskini əbəs yerə “Azərbaycan triumviratı” adlandırmırlar. “Triumvira” sözü lüğəti mənasına görə iki anlam daşıyır: qədim Romada dövlətin üç şəxs tərəfindən idarə edilməsi və birgə hərəkət etmək üçün üç şəxs arasında siyasi uzlaşmanın mövcud olması 1920-ci ilin iyunun 19-da Xan Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə“Pikadilli” sirkinə girən zaman üç güllə ilə vurublarmış. Atəşin biri 100, digəri isə 150 metrlik məsafədən atlır. İkisi də dərhal hadisə yerindən qaçır. Xan Xoyski yerə yıxılıb qan içində çapaladığını görənlər xəstəxanaya dərhal götürülür. Orda Xoyski can verirdi. Yanında yaralı Xəlil bəy isə hey başına döyüb ağlayırdı. “Azərbaycan məhv oldu, Azərbaycan məhv oldu!”- deyirdi. Xan Xoyski vurulan yerdə dəsmala bükülmüş mauzer patronları tapılmış idi. Onun öldürülməsi haqqında Tiflisdə çıxan “Qruziya” qəzetinin 23 iyun 1920-ci il sayında nekroloq dərc edilmişdir.

Xan Xoyskinin qatili Aram Yerganyan, Almaniyaya, ondan sonra isə Avstriyaya və daha sonra Buxarestə getdi. 1927-ci ildə Argentinanın paytaxtı Buenos Airesə köçdü. Buenos Airesdə yerli "Ermənistan" qəzetinin redaktoru oldu. Vərəm xəstəliyinə tutulduqdan sonra, Kordova şəhərinə köçdü. 34 yaşındaykən 2 avqust 1934-ci ildə öldü və Yerli Erməni İnqilabçı Federasiyası mərkəzinə basdırıldı.

19 iyun 1920-triumviratın ölümü -

Zaur Əliyev, dosent

19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -
19 iyun 1920-triumviratın ölümü -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu