Müsavat Partiyası qurultay tarixini açıqladı

Xəbərin çap versiyası
Tarix: 1-08-2019, 11:49    |    Xəbər oxunub: 522 dəfə
Müsavat Partiyası qurultay tarixini açıqladı


“Müsavat demokratik partiyadır. Burada hər kəs gördüyü nöqsanı, nöqsan hesab etdiyi məqamı diqqətə çatdırıb, onun izahatını tələb edə bilər”.



Bu barədə Modern.az-a Müsavat Partiyasının üzvləri arasında müşahidə olunan narazılıqlara münasibət bildirərkən Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb.

O vurğulayıb ki, bu vəziyyətin “Müsavat” daxilində parçalanma kimi dəyərləndirilməsi düzgün deyil:

“Elə hazırkı vəziyyət də partiyada demokratiya olmasının bariz nümunəsidir. Ayrı-ayrı şəxslərin üzvlər arasındakı polemikalardan başqa cür nəticə çıxarmağına ehtiyac yoxdur”.

Müsavat-ın gözlənilən qurultayının taleyi ilə bağlı isə G. Aslanlı bunları deyib:

“Ötən məclisdə qurultayın keçirilməsi haqqında məsələ qaldırıldı. Qurultayın sentyabrın sonu, oktyabrın əvvəllərində keçirilməsi haqqında təklif verildi, qəbul olundu. Dəqiq tarixin müəyyənləşdirilməsi “divan”a həvalə olundu. Bu məsələ “divan”da müzakirə olunub, müvafiq qərar veriləcək”.

Aparat rəhbəri əlavə edib ki, keçiriləcək qurultayda Müsavat Partiyasının başqanı postuna namizədlər də təqdim oluna bilər:

“Hələlik namizədlərin qeydə alınması proseduru başlamayıb. Qurultayın keçiriləcəyi gün dəqiqləşəndən sonra namizədlərin irəli sürülməsi məsələsinə “strart” veriləcək. Partiya başkanlığına hər bir müsavatçı namizədliyini irəli sürə bilər. Sadəcə olaraq, kimsə əvvəlcədən “namizədliyə namizəd” anlayışını ortaya atıb, “mən namizəd olmağa indidən namizədəm” deyirlər. Bu da təbiidir, qeyri-adi heç nə yoxdur. Partiyada bütün postlara, hər kəs namizədliyini verə bilər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb -

ŞOK İDDİA: deputat Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb - HƏBSLƏR VAR

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”-

“İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi”- tanınmış vəkildən AÇIQLAMA

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Azərbaycan həqiqətləri dünyada tanıdılır

Mehriban Əliyeva:

Mehriban Əliyeva: "Azərbaycanın əsgər və zabitləri ilə fəxr edirəm"

Bakıda güclü yanğın başladı -

Bakıda güclü yanğın başladı -

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur