Paşinyanın avantürist bəyanatları siyasi blefdən başqa bir şey deyil

Xəbərin çap versiyası
Tarix: 8-08-2019, 00:13    |    Xəbər oxunub: 540 dəfə
Paşinyanın avantürist bəyanatları siyasi blefdən başqa bir şey deyil


Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunmuş, hazırda işğal altında olan tarixi ərazilərinə qeyri-qanuni səyahət edərək, orada ölkəmizin ərazi bütövlüyünü təhdid edən saxta bəyanatlar verməsi Azərbaycan ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələrinin dərin hiddət və qəzəbinə səbəb olmuşdur.



Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev işğalçı ölkənin hökumət başçısının bu təhrikçi, avantürist fikir və hərəkətlərinə münasibət bildirərkən demişdir:

Hesab edirəm ki, Ermənistanın baş nazirinin Qarabağ münaqişəsinin yenidən alovlanmasına hesablanan addımı, əslində gözlənilən idi. Belə ki, regionda siyasi, iqtisadi, mədəni cəhətdən təcrid olunmuş, əhalisi səfil halına düşmüş Ermənistanın küçə və meydanlarında kütləni saxta, yalançı vədlərlə aldadaraq, hakimiyyətə gəlmiş Paşinyan öz ölkəsində, eləcə də bütün sivil dünyada yalançı, səriştəsiz rəhbər kimi tanınmağa başlanıb. Hər kəsə bəllidir ki, qonşu ölkə vətəndaşlarının yeni baş nazirə etimad limiti çoxdan tükənib.

Bəli, bu gün Ermənistanda Paşinyanın məntiq və reallıqdan uzaq olan “plan” və “təşəbbüs”ləri gülünc səslənir. Onlar çoxdan iztehza hədəfinə çevrilib. Daha dəqiq desək, Paşinyanın avantürist bəyanatları siyasi blefdən başqa bir şey deyil. Reallıq budur ki, o, hakimiyyəti itirmək təhlükəsi ilə üzləşib və bu təhlükədən qurtulmaq üçün ən məsuliyyətsiz hərəkətlərə belə yol verir.

Paşinyan unudur ki, 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistan ordusu və dövləti olduqca miskin bir vəziyyətə düşmüşdü. Heç kəsdə şübhə yoxdur ki, Azərbaycanın igid əsgər və zabitləri ən yaxın gələcəkdə işğalçıları tarixi torpaqlarımızdan qovacaqlar.

Bir məqamı da vurğulamaq lazımdır. Ermənistan rəhbərinin Xankəndidə “Qarabağ Ermənistanındır” və başqa bu kimi saxta sözləri rəsmi İrəvanın danışıqlar prosesində riyakar mövqe tutmasını nümayiş etdirir. Dünya birliyi bunu nəzərə almalıdır. Reallıq budur ki, Ermənistan iqtidarı danışıqlarda təxribatçı və destruktiv yol tutmaqda davam edir. (xalqqazeti.com)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur