Trampın impiçmenti baş tutacaqmı? - ŞƏRH


Trampın impiçmenti baş tutacaqmı? -


"Düşünmürəm ki, Donald Trampı hakimiyyətdən belə sadə yolla - impiçmentlə uzaqlaşdırmaq olar”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Arzu Nağıyev dünən ABŞ Nümayəndələr Palatasının üzvləri tərəfindən Donald Trampa qarşı impiçment prosedurunun başladılmasını şərh edərkən bildirib.

"Tramp ABŞ-ın prezidentidir. O, hər cürə açıqlama verə bilər", - deyə politoloq deyib.

Onun sözlərinə görə, impiçment üçün qoyulan əsas məsələ Trampın öz seçki kampaniyasında Co Baydenə qarşı müəyyən taktikadan istifadə etməsi, onun haqqında vaxtilə əldə edilən müxtəlif kompromatları ələ keçirməyə çalışması və onu Ukrayna Prezidenti Vladimir Zelinskidən tələb etməsi olub:

"Bu da təbii ki, Nümayəndələr Palatasında xoşa gəlməyən bir hal kimi dəyərləndirilib və öz vəzifə səlahiyyətinlərini bu qədər aşması, eyni zamanda seçkilərdə qalib gəlmək üçün müxtəlif variantlardan istifadə etməsi kimi dəyərləndirilib".

Arzu Nağıyevin sözlərinə görə, buna cavab olaraq Zelinski müstəqil dövlətin rəhbəri olduğunu və heç kimin bu məsələyə görə ona təzyiq göstərə bilməyəcəyini bildirib.

Politoloqun fikrincə, bütün bunlar ancaq seçki öncəsi kampaniyadır və qalib gəlmək üçün müxtəlif variantlardan istifadə olunur:

"Düşünürəm ki, Tramp Birləşmiş Millətlər Təşkiltanın Baş Assambleyasının 74-cü sessiyasından sonra bu məsələyə yenidən aydınlıq gətirəcək və təbii ki, cavab verməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu