Aqil Acalov: "Türkün şanlı bayrağına bədxahlıqla uzanan əllər qırılmalıdır"


Aqil Acalov:


Yunan irqçi vəkil Loannis Lagosun Avropa Parlamentində türk bayrağını cırması ciddi etirazla qarşılanmalıdır.



AFN xəbər verir ki, bunu iqtisadiyyat üzrə fəlsəfə doktoru, Avrasiya Kombat Ciu-Citsu Federasiyasinin prezidenti Aqil Acalov deyib. Onun sözlərinə görə, guya heç kimin yunanların durumu barədə müzakirə aparmamasını, ancaq köçərilər barədə danışaraq yunanların haqlarının tapdalanmasını əsas gətirərək türk bayrağını cıran Loannis Lagosun içindəki məkrliliyi üzə vuraraq murdar əlləri ilə al bayrağı cırmasının kindən, faşist münasibətdən başqa adı ola bilməz: “Bu bayraq üzərində üç böyük dəyəri - sülh dini olan İslamı, şanlı tarixə və dərin kökə sahib türkçülüyü və torpağa qarışan şəhid qanının rəmzini daşıdığı halda onu cırmaq həmin insanın ürəyindəki kinin, paxıllığın və şərəfsizliyin ən böyük nümayişi oldu! “Bir millət, iki dövlət” olaraq Türk bayrağı bizim üçün də ən az Türkiyə torpaqları üzərində yaşayan vətəndaşlar, Türkiyənin tarixinə ehtiramla yanaşan digər insanlar üçün olduğu qədər dəyərlidir! Türkün şanlı tarixinə uzanan dillər qoparılmalı, türkün şanlı bayrağına bədxahlıqla uzanan əllər qırılmalıdır. Çox sevindirici haldır ki, həm beynəlxalq hüquqa, həm də Türkiyə qanunvericiliyinə görə dövlətin əsas rəmzlərindən olan bayrağa həqarətlə bağlı cəza vermək imkanı var. Artıq Loannis Lagosla bağlı araşdırmaların başladıldığı da açıqlanıb. Ümid edirəm ki, o məkrli, iqrçi millət vəkili layiqli cəzasını alacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu