Sorğu: Bayden Trampı 5 faiz qabaqlayır


Sorğu: Bayden Trampı 5 faiz qabaqlayır


ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd, keçmiş vitse-prezident Co Bayden rəqibini, respublikaçıların namizədi, hazırkı prezident Donald Trampı 5 faiz qabaqlayır.

“Report”un məlumatına görə, CNN telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, ölkə üzrə qeydə alınmış seçicilərin 51 fazi Baydeni dəstəkləyir. Trampın tərəfini 46 faiz seçici tutub.

Buna baxmayaraq, Trampın ABŞ-ın əsas və ən “mübahisəli” ştatlarında qələbə qazanmaq üçün böyük şansa sahib olduğu göstərilib.

Statistikaya görə, keçmiş vitse-prezident qadınlar, qaradərililər və 45 yaşdan yuxarı sakinlər arasında daha populyardır. Hazırkı prezident isə ABŞ-ın orta gəlirli vətəndaşları və gəncləri arasında populyardır.

Bundan əlavə, respondentlərin əksəriyyəti Trampın iqtisadi islahatlarını rəqibindən daha yüksək qiymətləndirirlər (54 faiz - Tramp, 42 faiz - Bayden). Lakin demokrat (51 faiz - Bayden, 45 faiz - Tramp) səhiyyə və koronavirusla mübarizə məsələsində irəli sürdüyü siyasətlə Ağ Evin liderini geridə qoyub.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 3 noyabrda baş tutacaq. Birləşmiş Ştatların vətəndaşları 46-cı prezidenti seçəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu