ATƏT sədri AXCP və Müsavat rəhbərliyi ilə görüşməyəcək


Xəbər verdiyimiz kimi, Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin siyasi partiyaların nümayəndələri ilə görüşü planlaşdırılıb.

"Report"un məlumatına görə, ATƏT sədrinin Milli Məclisdə təmsil olunan partiya sədrləri ilə görüşü gözlənilir.

Milli Məclisdə təmsil olunmayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və digər partiyalar görüşə dəvət edilməyib.

AXCP və Müsavatdan sayta bildirilib ki, onlara görüşdə iştirakla bağlı dəvət gəlməyib.

xatırladaq ki, ATƏT sədri İvitsa Daçiçinin Azərbaycana səfəri bu gün başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu