Prezidentin köməkçisi: “Bəzən düşmənin dezinformasiyalarına uyan insanlar da olur”


Prezidentin köməkçisi:


“Bəzən düşmənin dezinformasiyalarına uyan insanlar da olur”.



APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın bununla bağlı müraciətinə toxunan H. Hacıyev nəzərə çatdırıb ki, ermənilər ordumuz, dövlətimiz haqqında həqiqətə uyğun olmayan dezinformasiyalar yayırlar: “Bu kimi hallar heç bir halda qəbul edilmir. Azərbaycan vətəndaşlarının dəqiq, dürüst məlumatlara istinad etməsini xahiş edirik. Görünən odur ki, erməni lobbisi bütün resurslarını cəlb edib, təxribatlar törətməyə çalışsa da, öz məqsədlərinə nail ola bilmirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu