Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə - FOTO


 Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə -


1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində "MARAĞA 150" abidəsi ucaltmışdı.



AFN xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

Qeyd olunub ki, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsilə abidə ermənilər tərəfindən dağıdılıb:

"Ancaq dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıqları hələ də qalmaqdadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz".

 Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə -
 Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə -
 Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu