Politoloq: “Rusiyanın bizə qarşı təzyiqləri artacaq, buna dözməliyik”


"Ermənilərə görə Rusiya Türkiyə və Azərbaycanla münasibətlərini gərginləşdirməz”.




AFN xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiyanın Ermənistana dəstəyindən danışarkən deyib. Onun fikrincə, Rusiya öz hərbiçilərini Qağlıq Qarabağa göndərməyə risk etməz: "Rusiya Xarici İşlər Nazirliyinin açıqlamaları oldu ki, guya bölgədə Suriya, Liviyadan gətirilmiş muzdlular var. Açığı bilmirəm, bununla kimə, hansı ölkəyə işarə vururdular. Əslində, ermənilər onlardan istifadə edir. Amma hərbi yardımları, texnikaları daşımaqda davam edirlər. Görüntülər var, İran ərazisindən texnikalarını keçirirlər. Əlbəttə ki, bu humanitar yardım deyil. Rusiya öz hərbiçilərini Qağlıq Qarabağa göndərməyə risk etməz. Birincisi, tələfat ola bilər. İkincisi də belə bir addım atılsa, avtomatik olaraq Türkiyə və Azərbaycan ilə bağlı münasibətləri gərginləşər. İnanmıram ki, ermənilərə görə Rusiya Türkiyə və Azərbaycanla münasibətlərini gərginləşdirə”.


Elxan Şahinoğlu bildirib ki, uzun illərdir davam edən prosesin sonu torpaqların işğaldan azad olunması ilə bitəcək: "Amma Rusiyanın özünü necə aparacağı, gedişatdan asılıdır. Əlbəttə ki, günlər keçdikçə Rusiyanın bizə qarşı təzyiqləri artacaq. Buna dözməliyik. Təzyiqlərin qarşısında savaşı dayandıra bilmərik. Dövlət başçısı da qeyd etdi ki, bizə prosesin yarımçıq deyil, birdəfəlik həlli lazımdır. Birdəfəlik həll üçün bu proses yekunlaşmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu