Paşinyan NATO-da nicat axtarışında - ŞƏRH



Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əməliyyatı davam edir. Ermənistan döyüşlər başlayandan sonra işğal altında saxladığı torpaqlardan çıxmaq, Dağlıq Qarabağala bağlı məsələnin müzakirəsinə başlamaqdansa zəbt etdiyi 7 rayonu əlində saxlamq istiqamətində savaşı davam etdirir.

Aldığı sarsıdıcı zərbələrdən ayılmayan Ermənistanın siyasi elitası və hakimiyyəti vəziyyəti özləri üçün daha da mürəkkəbləşdirirlər. Atəşkəsə nail olmaqdansa müharibə çağırışı edirlər.

Bu ölkənin baş naziri Nikol Paşinyanın “indiki mərhələdə Qarabağ məsələsinin diplomatik həlli yoxdur” deməsi rəsmi Yerevanın Azərbaycana qarşı müharibə elan etdiyi mənasını da verir. Ancaq, o, bunu hansı canlı qüvvə və hərbi texnika ilə aparacaq? Yaxud, bu bəyanatla çıxış edən Ermənistan hakimiyyəti kimə güvənir?

Son zamanlar Ermənistan ordusunda canlı qüvvənin çatışmadığı açıq-aşkar hiss edilir. Nikol oktyabrın 21-də erməni ictimaiyyətinə, dövlət məmurlarına orduya könüllü yazılmaqla bağlı müraciət etdi. Manekenlərə hərbi paltar geyindirməklə gəncləri orduya cəlb etmək istəyirlər. Yaşlaşmış nəsili orduya aparmaqla ermənilərin döyüş əzminin nümayiş etidməyə çalışırlar. Ancaq bütün bu cəhdlərin heç biri onlar üçün istədikləri nəticəni vermir.

Ermənistan ordusu daha çox hərbi texnika, silah-sursat və canlı qüvvə itkisi verir. Odur ki, rəsmi Yerevanın gücüzlüyünü dərk edərək işğal etdiyi torpaqlardan çıxıb, danışıqlara başlaması məntiqi görünürdü. Ancaq bu baş vermədi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu