Baydenin müşavir təyin etmək istədiyi şəxs virusa yoluxdu


Nümayəndələr Palatasının Luiziana ştatından olan üzvü, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin baş müşavir təyin etmək istədiyi konqresmen Sedrik Riçmond yeni növ koronavirus infeksiyasına yoluxub.



“Report” xəbər verir ki, bunu demokratın keçid komandasının rəsmiləri açıqlayıb.

Qeyd olunub ki, Riçmondun COVID-19 üçün verdiyi testin nəticəsi müsbət olub:

“Konqresmen bu yaxınlarda Baydenin yanında olmayıb. Yalnız çərşənbə axşamı (15 dekabr – Red) Corciya ştatında Baydenin də olduğu mitinqə iştirak edib. Hər iki şəxs tibbi maska ​​taxaraq açıq havada 15 dəqiqədən az danışıblar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu