Prezident baş naziri təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Baş naziri Aleksis Tsiprasa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Başçılıq etdiyiniz koalisiyanın ölkənizdə keçirilən parlament seçkilərində qələbəsi və Yunanıstan Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Yunanıstan əlaqələrinin genişlənməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu