AFN.AZ / BMT-nin yeni baş katibi sülhə çağırdı

BMT-nin yeni baş katibi sülhə çağırdı

BMT-nin yeni baş katibi seçilmiş Antoniu Qutteriş bu gündən etibarən beynəlxalq təşkilatın rəhbəri səlahiyyətlərinin icrasına başlayıb.

Virtualaz.org TASS-a istinadən bildirir ki, Portuqaliyanın sabiq baş naziri beynəlxalq təşkilatın rəhbəri kimi ilk çıxışında bildirib ki, dünyada sülhün təmin edilməsi və silahlı münaqişələrin qarşısının alınması onun üçün prioritet olacaq. O. hökumətləri və xalqları sülh uğrunda mübarizə aparmağa çağırıb.

“Sülh bizim hədəfimiz, yol göstərən ulduzumuz olmalıdır. Mən hamınızı mənimlə birlikdə bu gün və həmişə sülh uğrunda mübarizə aparmaq üçün öhdəlik götürməyə çağırıram. Qoy 207-ci il sülh ili olsun!” - deyə baş katib vurğulayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 5 il müddətinə seçilib. Antoniu Qutteriş 2021-ci ilin 31 dekabrına qədər BMT-nin baş katibi vəzifəsinin səlahiyyətlərini icra edəcək.
1-01-2017, 23:30
Geri qayıt