AFN.AZ / ABŞ Rusiya vətəndaşlarına viza verməyəcək

ABŞ Rusiya vətəndaşlarına viza verməyəcək



ABŞ avqustun 23-dən Rusiyanın bütün ərazisində qeyri-miqrasiya vizalarının verilməsini dayandırır.



AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi məlumat yayıb.

Vizaların verilməsi sentyabrın 1-dən yalnız Moskvada bərpa ediləcək. ABŞ səfirliyi bunu diplomatik missiyada əməkdaşların ixtisara salınması ilə izah edib.
21-08-2017, 14:32
Geri qayıt