AFN.AZ / Ərdoğan:

Ərdoğan:



İran və Türkiyə regionda terror təşkilatlarına qarşı birgə hərbi əməliyyatlara başlaya bilər.



Virtualaz.org “Hürriyet”ə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün İordaniyaya səfərə yola düşməzdən əvvəl deyib.

Ərdoğan qeyd edib ki, regionda terrorçulara qarşı birgə hərbi əməliyyatların keçirilməsinin detalları daha əvvəl İranın və Türkiyənin Baş Qərargah rəisləri arasında müzakirə edilib.

Virtualaz.org xatırladır ki, İran Türkiyəni həqiqətən də PKK-ya qarşı birgə əməliyyatlara başlamağa çağırıb.

Bu təklif Ankarada Türkiyə və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Hulusi Akar və Məhəmməd Hüseyn Baqeri arasında müzakirə olunub.

Detallar açıqlanmasa da bildirilir ki, hazırda İran və Türkiyə İraqın şimalında 9 mövqedə hərbi əməliyyatlara başlamaq üçün danışıqlar aparırlar.
21-08-2017, 16:48
Geri qayıt