AFN.AZ / Günel Səfərova:

Günel Səfərova:



"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxışedib.

AFN xəbər verir ki, o çıxışınds deyib: "Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdı, hansı maliyyə vəsaiti ilə və Azərbaycan dövlətindən icazə almadan bu necə olur? Əgər jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar?"

G.Səfərova çıxışı zamanı 2 yaşlı Zəhradan da danışıb: "2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü. Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrı-seçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq".

G.Səfərovanın çıxışı ermənilərə təsir etdiyindən, onların nümayəndəsi replika atıb: "5 jurnalistin ölümü normaldır. Siz hakimiyyəti dəstəkləyirsiniz". Günel Səfərova cavab replikasında, "çıxışımda yalnız ermənilərin qanun pozuntusundan danışdım. Həqiqəti söyləmək sizi ifşadı", - deyib.
12-09-2017, 20:02
Geri qayıt