AFN.AZ / Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”



“Bu referendum qərarı yanlış qərardır, macəradır. Qonşu ölkə olaraq dostyana lazımi xəbərdarlıqları etdik. Ancaq görürük ki, bu xəbərdarlıqlara məhəl qoyulmur. Bütün dünyanın qarşı olduğu və qonşulardan heç birinin istəmədiyi bir yanlışlığı israrla davam etdirməyin sonu xeyirli olmaz. Bunun əlbəttə ki, əvəzini ödəyəcəklər, amma məsumlar deyil, qərarı verənlər ödəyəcək”.

APA-nın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə ərazi bütövlüyünə, vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan hər hansı macəraya imkan verməyəcək: “Bu məsələ kürd qardaşlarımızın məsələsi deyil. Kürd qardaşlarımızın həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə sülh, sabitlik içərisində yaşamalarını arzu edirik”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Türkiyə bu referendumun dayandırılmasını tələb edərək əks təqdirdə buna qarşı lazımi addımlar atacağını bəyan edib.
23-09-2017, 17:30
Geri qayıt