Əsas Səhifə > Siyasət / Son Dəqiqə > Qənirə Paşayeva AŞ PA-da Azərbaycanın terrorla mübarizəsindən danışdı

Qənirə Paşayeva AŞ PA-da Azərbaycanın terrorla mübarizəsindən danışdı


12-10-2017, 13:43.
title}
Qənirə Paşayeva AŞ PA-da Azərbaycanın terrorla mübarizəsindən danışdı


Bu gün AŞ PA-da “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq. İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib.

Azad Demokratlar Qrupu adından çıxış edən Q.Paşayeva deyib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir: "İŞİD terror təşkilatı ən çox Yaxın Şərq bölgəsi və ona yaxın ərazilərdə yaşayan xalqlara və bölgə ölkələrinə zərər verir. Bu terror təşkilatının kimlərin, hansı güclərin maraqlarına xidmət etməsini geniş şəkildə müzakirə edə bilərik. Amma bölgə xalqı və dövlətlərinə, özəlliklə də müsəlmanlara ciddi şəkildə zərər verirlər. Məsələn, İŞİD-in Türkiyədə həyata keçirdiyi 14 terror aktında 304 məsum insan həyatını itirmişdi. O üzdən Suriya və İraq sərhədində İŞİD ilə mübarizə aparan ölkələrə, özəlliklə Türkiyəyə Avropa ölkələri və təşkilatları daha çox dəstək verməlidir və biz buna çağırırıq. Mən Qrupumuz adına çıxış edirəm, amma qısa da olsa bunu bildirmək istəyirəm ki, əhalisinin böyük hissəsi müsəlman olan ölkəm Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atmaqdadır. Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. Dəyərli dostlar, İŞİD beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. İŞİD-in etdiklərinin İslam dini ilə heç bir əlaqəsi yoxdur. Avropada bəzi siyasətçilərin İŞİD-in etdiklərini bəhanə edərək İslam dini və müsəlmanlar əleyhinə etdikləri çağırışlara da buradan etirazımızı bildirməliyik. Bu cür addımların Avropada İslamofobiyanın artmasına yönəlik hərəkətlərin hansı pis nəticələrə səbəb olacağını, hansı faciələrə gətirib çıxaracağını nəzərə almalıyıq. Bu cür məsuliyyətsiz açıqlamalar sadəcə İŞİD-in işinə yarayar. Avropada İslam əleyhinə fikirlərin olması hamımızı ciddi şəkildə narahat etməlidir və İslam əleyhdarlarının artmaması üçün də hamımız birlikdə ciddi çalışmalıyıq. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.
Geri qayıt