AFN.AZ / “Azərbaycan BMT TŞ-nın üzvü olsun”-

“Azərbaycan BMT TŞ-nın üzvü olsun”-

“Azərbaycan BMT TŞ-nın üzvü olsun”-


“Dünyanın taleyi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün əlindədir. Hətta bəzən 1 ölkənin əlindədir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, bu ölkələrə necə sərf edirsə, dünyanı da eləcə idarə edirlər:

“Dünyanı idarə edən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü bizim haqlarımızı bizə vermək baxımından hər hansı bir addım atırmı? Xeyr. Onlara necə sərf edirsə, elə hərəkət edirlər. Səhv etmirəmsə, 196 dövlət BMT-yə üzvdür. Bu ölkələrin taleyi 5 ölkənin əlindədir. Hətta bəzən 5 yox, 1 ölkənin əlindədir. Həmin ölkə yox deyərsə, nəticə əldə edə bilməzsən. Biz deyirik ki, bunu dəyişdirək. Nə üçün Azərbaycan BMT Təhlükəsizlik Şurasında olmasın? Nə üçün Türkiyə BMT Təhlükəsizlik Şurasında olmasın? Hazırda BMT Təhlükəsizlik Şurasında bir müsəlman ölkəsi yoxdur. Bu ədalətlidirmi? Bunun qitələrarası bölgüsünü də ədalətli etmək lazımdır”.

O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında ciddi dəyişiklik olmaldır: “BMT Təhlükəsizlik Şurasının 20 və ya 30 üzvü olsun. Bu ölkələr növbəli olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinə bərabər şəkildə sahib olaraq dünyanı idrə etsinlər. Daimi və müvəqqəti üzv ayrı-seçkiliyi olmayacaq. Bunların hər biri daimi üzv olacaq. Bu zaman heç bir ölkə mən BMT Təhlükəsizlik Şurasına üzv ola bilmədim deməyəcək. Biləcək ki, ona da bir neçə il sonra belə bir hüquq veriləcək. Ancaq, indi belə bir hal yoxdur. Bu baxımdan mən ədalət axtarıram”. (azvision)
20-10-2017, 17:56
Geri qayıt