AFN.AZ / Fələstinin İnformasiya nazirinin müavini Azərbaycana təşəkkürünü bildirib

Fələstinin İnformasiya nazirinin müavini Azərbaycana təşəkkürünü bildirib

Fələstinin İnformasiya nazirinin müavini Azərbaycana təşəkkürünü bildirib


Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva ilə görüşüb.



Fələstinin İnformasiya naziri müavini Mahmoud Khalefa Azərbaycanın hər zaman Fələstinlə bağlı məsələlərdə göstərdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib və xalqının bunu çox yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın hər zaman müsəlman ölkələri ilə bağlı məsələlərə həssas yanaşdığın deyən millət vəkili Q.Paşayeva ölkəmizin İslam həmrəyliyi sahəsində gördüyü işlərdən danışıb. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, Xocalı soyqırımını törətdiyi, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü dövrlərdə Azərbaycana müsəlman dünyasından yetərli dəstək verilməməsindən böyük üzüntü duymuşduq deyən millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ problemi ilə bağlı da geniş məlumatlar verib. O bildirib ki, bəzi müsəlman ölkələrinin işğalçı Ermənistanla əməkdaşlıq etməsi, əlaqələri daha da genişləndirməsi ciddi təəssüf doğurur və onlar bu yanaşmaya son qoymalıdır. Bölgədə baş verən proseslər fonunda müsəlman ölkələrinin bir-birinə daha çox dəstək verməsinin önəminə toxunan millət vəkili Q.Paşayeva ilə Fələstinin İnformasiya nazirinin müavini Mahmoud Khalefa bu mövzular ətrafında fikir mübadiləsi aparıblar.
15-12-2017, 11:16
Geri qayıt