AFN.AZ / Səfir:

Səfir:

Səfir:


"Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması məsələsi gündəmdə deyil".



Bunu Avropa Şurasının Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib.

"Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Odur ki, gündəmdə belə məsələ yoxdur", - Z.Hernyes bildirib.

AŞPA-nın Azərbaycanda bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edib-etməyəcəyi ilə bağlı məsələni şərh edən Avropa Şurasının nümayəndəsi hazırda müzakirələr aparıldığını deyib: "Azərbaycan Mərkəzi Seçki Komissiyasından rəsmi dəvət almışıq. Bizdə Komitə nümayəndələri ilə daimi görüşlər keçirilir. Hazırda monitorinq missiyasında iştirak edib-edilməyəcəyi ilə bağlı texniki debatlar gedir". (report)
14-02-2018, 12:58
Geri qayıt