AFN.AZ / Vitse-spiker:

Vitse-spiker:

Vitse-spiker:


Mən istəyirəm ki, jurnalistlər də burada qalsın, yəni, Azərbaycan ictimaiyyəti də bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq.

Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında vitse-spiker Valeh Ələsgərov deyib.

O qeyd edib ki, nə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində, nə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur:

“Qoy, bunu bütün ictimaiyyət də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bomboş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik.

Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləməliyik. Məqsəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq”.(oxu.az)
25-05-2018, 13:31
Geri qayıt