Əsas Səhifə > Siyasət / Üst manşet / Son Dəqiqə > Putin:

Putin:


13-06-2018, 15:46.
title}
Putin:


Bu gün Moskvada görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ölkələrimiz arasındakı iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıblar.

AFN azvision.az-a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Ötən il ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 34,4 faiz artıb, bu ilin ilk rübündə isə daha 19 faiz artım olub. Yəni bu, olduqca yaxşı inkişaf tempidir və biz bunu dəstəkləməliyik. Siyasi münasibətlərə gəldikdə isə, bu sahədəki əməkdaşlığımız sabitdir. Parlamentlərimiz arasında daimi əlaqələr saxlanılır, ictimai təşkilatlarımızın xəttilə humanitar əlaqələrimiz inkişaf etdirilir. İkitərəfli münasibətlərimizi sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik. Sizi görməyimə çox şadam”, – deyə Putin qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. Ölkə başçısı iyunun 14-də “Lujniki” stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.
Geri qayıt