AFN.AZ / AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ?

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ?

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ?


Xəbər verildiyi kimi, Brüssel İrana alternative ödəmə sistemi yaradıb. Heç kimə sirr deyil ki, Avropa Birliyi ABŞ-ın sanksiyalarınab axmayaraq İranla ticarət əlaqələrini qoruyub saxlamaqda israrlıdır və bununla bağlı müvafiq addımlar atır. Məsələn, Almaniya, Fransa və İngiltərə üçlüyü ABŞ-ın İrana qarşı sanksiyalarından yayına biləcək INSTEX adlanan xüsusi ticarət mexanizmini qurub. Yeni sistemə əsasən AB ölkələri ABŞ dollar olmadan da İranla bir başa ticarət əməliyyatları apara biləcəklər.



Məsələ ilə bağlı ekspertlər Xeberlent.az-a açıqlama verdilər.

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ?


Tofiq Abbasov : "Artıq 40 ildir ki, Amerika İran ilə olan gərgin münasibətini tənzimləyə bilmir. Amerika siyasi elitasında İran problemi, elə bir kompleks yaradıb ki, o ölkənin adı belə gələndə qıcıqlanmağa, qəzəblərini ifadə etməyə başlayırlar. Buna səbəblərdən biri İranın faktiki olaraq soyuq müharibədə ABŞ və İsrail üzərində qələbə əzmidir. Perspektivli İran bazarında iştirak edə bilməyən ABŞ digər dövlətlərin də iştirakına sanksiyalarla mane olmağa çalışır. Dolayı və birbaşa yollarla “mən orada işləmirəmsə, siz də orada işləməyəcəksiniz”, deyir. Beləliklə, bu sanksiyalar dünya ticarətini boğur. ABŞ-ın sanksiya tətbiq etdiyi ölkələrin say sırası buna əyani sübutdur. Yəni bu özü-özlyündə müəmmalı və nəticəsi yaxşı olmayacaq qərardır. Çünki, dünya durmadan inkişaf edir, insan sayı artır və bu artım özlüyündə bir ahəndarlıq, dinamika istəyir. Ən sadə halda insanlar istəyir ki, çalışsınlar, qazansınlar, xərcləsinlər, sosial vəziyyətlərini yaxşılaşdırsınlar. ABŞ-ın bu proseslərdəki aqressiv iştirakı demək olar ki, dünya qlobal iqtisadiyyatını iflic vəziyyətinə salır. Böyük şirkətlər ciddi ziyanlar görür. Təsəvvür edin, İrandan çıxan Amerika şirkətləri özləri hardasa 85 milyard dollar, son illərdə Avropa ittifaqı da 120 milyard dollar civarında itkiyə məruz qaldı. Ona görə də ABŞ-ın iqtisadiyyatı boğan bu sanksiyalarını dünya, əsasən də Avropa ölkələri etirazla qarşılayır.

2015- ci ilin iyul ayında Vyanada bağlanmış saziş Qərb və İran arasında münasibətlərin qurulması üçün yeni bir səhifə açdı. İran nüvə proqramını faktiki olaraq dayandırdı və öhdəliklərin pozulduğu anda işə sala biləcəyini bildirdi. Ağır danışıqlardan sonra axır ki, bir həll yolu tapıldı, lakin Obama İranla münasibətlərin daha da genişləndirməyə çalışsa da İran buna imkan vermədi. Əslində Amerikanın Obama dövründə məqsədi ondan ibarət idi ki, İranla yaxınlaşıb, ora təsir rıçaqlarını yerləşdirsin, daxili çaxnaşma yaratsın. İran da bunu bildiyindən heç bir uzlaşmaya getmədi. Tramp isə danışıqlarda iştirak edən Avropa ölkələrinin etirazına baxmayaraq BMT TŞ-sı tərəfindən təsdiq edilən Vyana sazişini kobud şəkildə pozdu. Həmçinin İran üçün dünya bank tranzasiyalarında maneə yaratdı. Bu cür davranışı görən İran da dərhal nüvə proqramını aktivləşdirəcəyini bildirdi. ABŞ tərəfindən bu qədər saymazlıqlar təbii olaraq Avropa ölklərində illərlə toplanan etirazlara təkan verdi. Beləliklə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin təşəbbüsü, İngiltərə, Almaniya, Fransanın rəhbərliyi və Vyana razılaşmasının ölü nöqtədə qalmasında qətiyyən maraqlı olmayan Rusiya, Çinin dəstəyi ilə INSTEX iqtisadi, maliyyə mexanizm yaratdıldı."

AB ölkələri ABŞ dolları olmadan da İranla ticarət əməliyyatları aparacaq ?


Nəzakət Məmmədova : "Almaniya, Fransa, İngiltərə ABŞ-ın İrana sanksiyasından yayınmaq və İranla əlaqələrini davam etdirmək üçün mərkəzi Parisdə olan belə bir maliyyə-ticarət şirkəti qurub. Ancaq şirkət digər Avrpopa ölkələri üçün də açıqdır. Doğrudur, şirkətin büdcəsi və iş prinsipləri hələ müəyyən edilməyib. Üstəlik, İran da belə bir şirkət qurmalıdır və onun işlək hala gəlməsi üçün bir neçə ay tələb olunur. Ancaq bu şirkətlər vasitəsilə ABŞ dollarından imtina etməklə Avropa və İran arasında maliyyə və ticarət əlaqələri davam etdiriləcək. Doğrudur, İran və Avropa Birliyi arasında əlaqələr artıq xeyli geriləyib. Belə ki, Avropadan siyasi sığınacaq almış iranlı mühacirlərə sui-qəsd edilməsi iddiası irəli sürən Avropa Birliyinin bəzi ölkələri iki İran vətəndaşını terrorçu siyahısına daxil edib. Lakin, hər halda Avropa ölkələri İrandakı geosiyasi, iqtisadi, maliyyə, ticarət maraqlarını heç nəyə qurban verməyəcəklər. Bununla belə ABŞ sanksiya məsələsində sona qədər qərarlı davranarsa, Avropa və İranın səyləri ona qarşı səmərəli müqavimət göstərməyə mane olacaq. Bir zamanlar Səddam Hüseyn də BMT-nin "Neft əvəzinə ərzaq" proqramının həyata keçirilməsi üçün dollardan imtina edib avro ilə hesablaşmağı üstün tutmuşdu. Eləcə də, Qəddafi dollardan imtina edib Afrika dirhəminə keçməyi təklif edirdi. Lakin onların aqibəti məlumdur. Bu mənada düşünürəm ki, İran və Avropa Birliyinin cəhdləri də ABŞ sanksiyaları qarşısında çox uzun illər dayanıqlı olmayacaq."

Bəhruz Salmanov
12-02-2019, 19:10
Geri qayıt