AFN.AZ / Daha 3 partiya MSK-ya maliyyə hesabatı verib

Daha 3 partiya MSK-ya maliyyə hesabatı verib

Daha 3 partiya MSK-ya maliyyə hesabatı verib


Daha 3 siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) 2018-ci il üzrə maliyyə hesabatı təqdim edib.

ONA-nın məlumatına görə, bunlar Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası və “Ədalət” Partiyasıdır.

Bununla da bu ilin əvvəlindən indiyədək illik maliyyə hesabatını MSK-ya təqdim edən siyasi partiyaların sayı 19-a çatıb.

Qeyd edək ki, indiyədək MSK-ya illik maliyyə hesabatını təqdim edən siyasi partiyalar bunlardır: Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, “Birlik” Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası və “Ədalət” Partiyasıdır.

Xatırladaq ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
14-03-2019, 17:06
Geri qayıt