Əsas Səhifə > Siyasət / Son Dəqiqə > Millət vəkili Makronun "erməni soyqırımı" ilə bağlı qərarına etiraz etdi

Millət vəkili Makronun "erməni soyqırımı" ilə bağlı qərarına etiraz etdi


12-04-2019, 01:53.
title}
Millət vəkili Makronun "erməni soyqırımı" ilə bağlı qərarına etiraz etdi


Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “erməni soyqırımı qurbanlarının”xatirə günü elan etməsini qınayırıq ve sosial şəbəkələrdə fəal olan insanlarımızın, gənclərimizin fəal olaraq bu qərara etirazı Makronun sosial media hesablarına fransız ve ingilis dillərində göndərməsi və paylaşması lazımdı.



AFN xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bildirib. o qeyd edib ki, bu çox ciddi məsələdir: "Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATET-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırım haqda qərar qəbul edib heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ile bağlı ədalətli bir tərəfə heç neytral da ola bilməz. Özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız, on minlərlə insan olaraq etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərl bölüşsünlər və fəal olma çağırışı edək. Bu çox ciddi məsələdir. Qardaş Türkiyə ve Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millet olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi ve gerçəkləri daim yaymaqda israrlı olduğumuzu ve olacağımızı görməlidir".

Millət vəkili Qənirə Paşayeva etiraz məktubunu fransız dilində də təqdim edib:

Le décret du Président Macron concernant le “24 Avril” est en contravention flagrante des décisions de la Cour Européenne de Droits de l’Homme et du Conseil Constitutionel.
Macron se lance encore une fois dans le populisme en essayant de tenir ses promesses faites à la communauté arménienne durant sa campagne électorale. Il devrait tout d’abord s’intéresser à son obscure histoire. Un quart de siècle s’est déjà écoulé depuis le génocide au #Rwanda.

Geri qayıt